Qubada avtomobil oğurlayıb qəza törədən şəxs saxlanılıb VİDEO
Quba, 7 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində avtomobil oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov rayonun Alekseyevka kənd sakininə məxsus “VAZ-2106” markalı avtomobili əvvəlcə qaçırıb, sonra isə qəza törədərək hadisə yerindən qaçıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.