ORDU
“Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək hərbi dənizçilərimiz yola salınıb VİDEO



Bakı, 17 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları İranın Ənzəli şəhərinə yola salınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizi müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil edəcək.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 22-də başlayacaq “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank Biatlonu” (Rusiya), “Artilleriya Atəşinin Ustaları” (Qazaxıstan), “Dəniz Kuboku” (İran) və “Mədəniyyət Ordusu” (Rusiya) müsabiqələrində iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.12.2023 [18:58]
Bakıda Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
- 06.12.2023 [11:44]
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
- 05.12.2023 [20:02]
Azərbaycan Zəfər paradından sonra qələbə dastanı yazmaqda davam edir - RƏY
- 05.12.2023 [16:54]