Şəmkirdə narkotik aludəçisi saxlanılıb VİDEO


Şəmkir, 17 avqust, Elcan Məmmədov, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Əhməd Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkarlanıb. Saxlanılan şəxs dindirilmə zamanı narkotik aludəçisi olduğunu etiraf edib, faktlarla bağlı araşdırmalar davam etdirilir.