Göyçayda narkotik becərən şəxs saxlanılıb VİDEO
Göyçay, 25 avqust, AZƏRTAC
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat nəticəsində rayonun Qarayazı kənd sakini Xanlar Həsənov saxlanılıb. Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman yarımtikilinin içərisində aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 77 kiloqramdan artıq olan 33 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.
Araşdırma zamanı X.Həsənovun narkotik tərkibli bitkiləri həm şəxsi istifadəsi, həm də satış məqsədilə mart ayından becərdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.