CƏMİYYƏT
Binəqədi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan qadın saxlanılıb VİDEO
Bakı, 27 avqust, AZƏRTAC
Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı həmin qəsəbə ərazisində yaşayan Kəmalə Mədəti tutulub. Polis şöbəsində onun əlində olan pulqabıya baxış zamanı ümumi çəkisi 15 qrama yaxın olan heroin və metamfetamin aşkarlanıb. Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədilə onlayn yolla aldığı məlum olub.
Qeyd edilən faktla bağlı 4-cü polis şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Kəmalə Mədətinin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.