2008-2009-CU TƏDRİS İLİNDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyulun 14-də Təhsil Nazirliyində müşavirə keçirilmişdir. Müşavirədə 2008-2009-cu tədris ilində qarşıda duran bir sıra məsələlər ətraflı müzakirə olunmuşdur.
Təhsil naziri Misir Mərdanov təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışmışdır. Sentyabrda keçiriləcək Azərbaycan müəllimlərinin XIII qurultayına hazırlıq işlərinin aparılmasının vacibliyini qeyd edən nazir, bununla bağlı müvafiq struktur bölmə rəhbərlərinə tapşırıqlar vermişdir.
Müşavirədə yaxın günlərdə nəşri nəzərdə tutulan “Azərbaycanın təhsil tarixi” kitabı üzrə işin yekunlaşdırılması, orta ümumtəhsil məktəblərində xarici dillərin tədrisindəki mövcud problemlərin aradan qaldırılması, məktəblərin müasir avadanlıqlara malik fizika və kimya laboratoriyaları ilə təchiz olunması, digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]