2016-cı ildə keçiriləcək Şahmat Olimpiadasında Azərbaycan üç komanda ilə təmsil olunacaqdır
Bakı, 23 noyabr (AZƏRTAC). 2016-cı ildə Azərbaycanda Şahmat Olimpiadası keçiriləcəkdir. Bu olimpiadada ölkəmiz turnirin ev sahibi kimi üç komanda ilə təmsil olunacaqdır.
AZƏRTAC xəbər verir ki, birinci komandaya Azərbaycanın güclü şahmatçıları, ikinci yığmaya gənclər daxil olacaqdır. Həmin gənclər arasında birinci komandanın heyətində çıxış edəcək istedadlı şahmatçılar da ola bilər. Azərbaycanın üçüncü yığması qadınlardan ibarət olacaqdır.
Şahmat aləmində üç il o qədər də böyük müddət deyil, lakin bu müddətdə mütəşəkkil iş aparılarsa, müvafiq yaxşı nəticələr əldə etmək mümkündür.
Xatırladaq ki, FİDE tərəfindən təşkil edilən 42-ci Şahmat Olimpiadası 2016-cı ilin payızında Azərbaycanın paytaxtında keçiriləcəkdir. FİDE-nin Baş Assambleyası bu barədə qərarı 2012-ci il sentyabrın 8-də qəbul etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:14]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]