Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar faciəsinin 33-cü ildönümü Bakı metropolitenində xüsusi tədbirlərlə qeyd edilib VİDEO

Bakı, 20 yanvar, AZƏRTAC

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix milli müstəqilliyin və azadlıq uğrunda mübarizənin rəmzinə çevrilib.

Azərbaycanın qədərini, məsum insanlara açılan atəşlə tarixin axarını tam dəyişən, milli intibahın təməlini qoyan o gecədə metropolitenin də özünəməxsus rolu var. Məhz sübhə qədər dayanmadan çalışan metropoliten o müdhiş gecənin faciəsinin daha böyük miqyas almamasında xüsusi yer tutdu. Metro güllələrdən qaçan insanların sığınacaq yeri, yaralıların, köməyə çatmağa çalışan tibb işçilərinin yeganə təhlükəsiz nəqliyyat vasitəsi, ümid, pənah yeri oldu.

Atəş sədalarının Bakı səmasını lərzəyə saldığı o gecə metro sonuncu sərnişinlərini qəbul edib, qatarların cədvəl üzrə depoya göndərməli və yeni günə hazırlaşmalı idi. Lakin XI “Qızıl ordu” meydanında tanklar barrikadaları yarıb, mərkəzə doğru irəliləməyə başlayanda, həmin meydanın adını daşıyan stansiyaya (indiki - “20 Yanvar”) sığınacaq yeri kimi pənah gətirənlərin ilk dəstəsi daxil olmağa başladı. Elə həmin vaxt metroya ilk yaralılar gətirildi. Daşınan yaralıların al qanının izləri vestibül və platforma üzərində artmağa başladı. Onları xəstəxanaya çatdırmaq üçün metro ən rahat və etibarlı vasitə idi.

“20 Yanvar” (o vaxt - “XI Qızıl Ordu meydanı”) stansiyası ilə yanaşı, “Koroğlu” (o vaxt - “Məşədi Əzizbəyov”) və “İçərişəhər” (o vaxt - “Bakı Soveti”) metro stansiyalarına pənah gətirənlərin sayı daha çox idi. Köməyə, yardıma tələsən, ailə üzvünü, əzizini axtarmaq sorağı ilə küçələrə atılan insanları məhz metropolitenə üz tutdular, mənzil başına çatdırıldılar.

Metropoliten rəhbərliyi qətiyyət nümayiş etdirib qatarların səhərə kimi işləməsi barədə qərar qəbul etdi. Qanlı Yanvar gecəsində metropolitençilər həyatlarını riskə ataraq, sübhədək yaralıları, öldürülənləri qorxu bilmədən, fədakarlıqla xəstəxanalara daşıdılar, xain gülləsindən qaçanları qorudular. Bəlkə də metropolitençilər o gecə səhərə qədər iş başında olmasaydılar, həyatlarını riskə atıb əhaliyə yardım əlini uzatmasaydılar, öldürülənlərin sayı minlərlə ölçülərdi.

O gecə metropoliten də şəhid verdi. Bakıda törədilən qətliamın günahsız qurbanları arasında Bakı metropoliteninin iki əməkdaşı - “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var. Tanklar şəhərə daxil olarkən törədilən dəhşətlərin şahidi olmuş yol xidmətinin işçisi Valeh Məmmədov yaralandı, bir müddət sonra isə keçirdiyi ağır əsəb gərginliyindən, gördüyü dəhşətlərdən tapdığı sağalmaz xəstəlikdən dünyasını dəyişdi.

Bu gün də o gecənin hissləri, duyğuları, söhbətləri metropolitençilər arasında xüsusi yer tutur, yeni nəsillərə ötürülür. Söz yox ki, məhz o gecənin canlı şahidi kimi hər il 1990-cı ilin Qanlı Yanvar gecəsinin xatirəsi Bakı metropolitenində xüsusi qarşılanır, mərasimlərlə anılır.

Həmin gün qan tökülən əsas ərazilərdən biri olan XI “Qızıl ordu” meydanının, eləcə də həmin meydanın adını daşıyan metro stansiyasının adı dəyişdirilərək “20 Yanvar” qoyulması da bu səbəbdən tarixin ədalətli qərarıdır.

AZƏRTAC xəbər verir ki, 1990-cı ilin qanlı 20 Yanvar gecəsinin 33-cü ildönümü Bakı metropolitenində xüsusi tədbirlərlə qeyd edilir. Hər il olduğu kimi, bu ildə faciə qurbanlarının anım günlərində qərənfillərin düzüldüyü stansiyalarda günün ruhuna uyğun musiqi parçaları səsləndirilir, qatarlarda maşinistlər stansiyaları radiorabitə vasitəsilə elan edirlər.

Xalqımızın azadlıq yolunun dönüş nöqtəsi olan o gecənin və onun günahsız şəhidlərinin xatirəsi Bakı metropolitenində daim əziz tutulur və xüsusi tədbirlər və mərasimlərlə anılır. Bu il də həmin tarixi adında daşıyan “20 Yanvar” stansiyasının platformasının sütunlarına, döşəməsinə, vestibüldə isə 20 Yanvar tarixi şəhidlərinin və 1994-cü il 19 mart terroru qurbanlarının adlarının həkk olunduğu divarlara xüsusi tərtibatlı qərənfil çələngləri yerləşdirilib. Stansiya platformasında metropolitençilərdən fəxri qarovul dəstəsi düzülüb.

Saat 12:00-da, bütün ölkə ərazisində olduğu kimi, Bakı metropolitenində də bir dəqiqəlik sükut elan edilib, stansiyalara çıxarılan qatarlar bir dəqiqə ərzində matəm fiti verib.

Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivinin nümayəndələri anım dəqiqəsini “20 Yanvar” stansiyasının platformasında sərnişinlərin əhatəsində qeyd ediblər.

Həmin gün vəzifə borcunu yerinə yetirən “Bakı Metropoliteni” QSC-nin veteran işçiləri - təlimatçı-maşinistlər Cahil Həsənov, metro veteranı, maşinist İbrət Tahirov və baş mühəndis Əlixan Osmanov həmin gecə ilə bağlı xatirələrini bölüşüblər. Bildiriblər ki, 20 Yanvar hadisələrinə aparan yol 1987-ci ildə başlanılmışdı. O zamandan ermənilər azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmağa başladılar və həmin yol 1990-cı il yanvarın 20-nə qədər uzandı. O gecə biz maşinistlər səhərədək işlədik. Keçmiş sovet rəhbərliyi həmin gecə fövqəladə vəziyyət elan etmədən qoşunlarını Bakıya yeritdi. 20 Yanvar gecəsi insanlar güllələrdən yayınmaq üçün sığınacaq yeri kimi Bakı metrosuna üz tuturdular. Həmin gün Azərbaycan xalqı öz azadlığını və suverenliyini bərpa etmək üçün meydanlara çıxmışdı. Bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmadı. Biz müstəqilliyimizi və azadlığımızı neçə-neçə günahsız oğul və qızlarımızın qanı bahasına qazanmışıq. Ona görə Azərbaycanın müstəqilliyini, suverenliyini, istiqlaliyyətini qorumaq və respublikamızı daha da inkişaf etdirmək üçün hamımız dövlətimizin başçısının ətrafında sıx birləşməliyik. 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. Bu faciənin hər il yad edilməsi və kütləvi tədbirlərlə qeyd olunması tam qətiyyətlə deməyə əsas verir ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Hər il Bakı metropoliteninin kollektivi, iki günahsız qurbanının da uyuduğu Şəhidlər xiyabanını ziyarət edir, onların ruhları qarşısında baş əyərək dualar oxuyur.

Onlar tam əminliklə vurğulayıblar ki, illər keçəcək, Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının nümayişi olan, müstəqilliyimizin dönməz təməlini qoyan o 20 Yanvar gecəsi heç vaxt unudulmayacaq və unutdurulmayacaq. Qanlı Yanvar təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk başlanğıcı, milli məfkurəmizin azadlıq istəyinin ilk oyanışıdır.

20 Yanvar faciəsinin 33-cü ildönümü Bakı metropolitenində xüsusi tədbirlərlə qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İranla bağlı bütün dəniz nəqliyyatına qarşı blokadanı götürüb

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə dəniz təhlükəsizliyi mərkəzi yaradır

İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır

Corc Ceykob Kuvakad: Bu səfər Azərbaycanı yaxından tanımaq baxımından dəyərli bir fürsət oldu

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir