20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günüdür
Bakı, 19 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 23-cü ildönümü ərəfəsində şəhidlərimizin məzarlarını ziyarət etməyə gələnlərin sırasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Siyasi Şurasının üzvü Sahil Hacıyev də vardır.
O, AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, Şəhidlər xiyabanı ziyarət etmək müqəddəs borcumuzdur. İyirmi üç il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mübarizəsini qıra bilmədi. Hər dəfə bu müqəddəs ünvana gələndə fəxarət hissləri keçirirəm. Xiyabanda ucaldılmış “Əbədi məşəl” abidəsi bizi birliyə səsləyir. Komandanın rəhbərliyi və üçrəngli bayrağımız altında birləşməliyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]