Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-5 VİDEO

Səmərqənd, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Dövlət Başçıları Şurasının iclasını açaraq qonaqları salamladı və çıxış etdi, müzakirə olunacaq məsələlərdən, Türk Dövlətləri Təşkilatının qarşısında duran vəzifələrdən və əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışdı.

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Səmərqənd Sammitinin türk dövlətləri arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyini vurğuladı, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ikinci ildönümü münasibətilə təbriklərini çatdıraraq dedi: “Cənubi Qafqazda sülh prosesi Can Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də kövrək olaraq qalır. Noyabrın 8-də qeyd etdiyimiz şanlı Qarabağ Zəfərinin ikinci ildönümündə əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. İlham qardaşımızın şəxsində Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq”.

Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı nəhəng layihələrin dünya miqyasında mühüm əhəmiyyətini xüsusi qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirdi: “Bakı-Tbilisi-Ceyhan neft boru kəməri qlobal miqyasda ən uğurlu enerji layihələri arasındadır. Cənub Qaz Dəhlizi isə Avropaya qaz nəql edəcək dördüncü arteriya olaraq layihələndirilib. Onurğa sütununu Trans-Anadolu təbii qaz boru kəmərinin təşkil etdiyi bu dəhliz əlavə qaz tədarükü ilə daha da genişləndirilə bilər. Xəzər hövzəsi bunun üçün ağla ilk gələn mənbədir. Enerji sahəsində təşkilatımızın nəzdində və ikitərəfli səviyyədə əməkdaşlıqla həyata keçirəcəyimiz ortaq layihələrə bu baxımdan böyük önəm veririk”.

Dövlətimizin başçısı Zirvə Görüşündə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı

- Hörmətli Şavkat Miromonoviç.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

Son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər edirəm. Aprel ayında Özbəkistanda dövlət səfərində olmuşam, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirak etmişəm. Bu gün yenidən Səmərqənd şəhərində olmaqdan çox məmnunam.

Bu səfərlər zamanı Özbəkistanda gedən genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanım olmuşdur. Əldə edilmiş nailiyyətlər münasibətilə qardaşım, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və qardaş özbək xalqını təbrik edirəm. Səfərlər zamanı Prezident Şavkat Mirziyoyev ilə apardığım müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.

Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Şavkat Mirziyoyevə minnətdarlığımı bildirirəm.

Qardaş Türkiyəyə bir il ərzində təşkilatımızda uğurlu sədrlik münasibətilə təşəkkür edir, qardaş Özbəkistana sədrliyi dönəmində uğurlar arzulayıram.

Hörmətli həmkarlar, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir.

Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.

Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır.

Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.

Hörmətli həmkarlar, bu həftə Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.

Otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.

Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub.

Mən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək, mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür.

İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu.

Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.

Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı.

İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.

Əziz dostlar, biz Bağdad Amreyevin Türk Dövlətləri Təşkilatının Baş katibi kimi fəaliyyətini yüksək qiymətləndiririk. Türk dünyasının birliyinə verdiyi töhfə və xidmətləri nəzərə alınaraq, Bağdad Amreyev Azərbaycanın yüksək dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmiş və oktyabr ayının 21-də bu orden mənim tərəfimdən ona təqdim edilmişdir. Bir daha təbrik edirəm.

Çıxışımın sonunda bir daha qeyd etmək istəyirəm ki, biz Özbəkistanı bu Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik edirik, türk dünyası xalqlarına sülh, rifah, xoşbəxtlik arzulayırıq. Sağ olun.

x x x

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında türk dövlətləri arasında informasiya texnologiyalarının, nəqliyyat və tranzit dəhlizlərinin inkişafı ilə bağlı əməkdaşlığın önəmini vurğuladı. O, bu baxımdan üç qardaş dövlətin - Qazaxıstan, Azərbaycan və Türkiyənin ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini xüsusi qeyd etdi.

Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında ölkəsinin Azərbaycanla münasibətlərinin yeni səviyyəyə yüksəldiyini vurğulayaraq bildirdi: “Son vaxtlar biz mənim əziz dostum Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə qarşılıqlı səfərlər edib dövlətlər arasında münasibətlərimizi yeni strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişik”.

Macarıstanın Baş naziri Viktor Orban Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu xüsusilə qeyd edərək dedi: “Mən qardaşım Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Çünki Azərbaycan bizim üçün yeganə real şaxələndirmə şansıdır. Qardaşım İlham Əliyevə, həmçinin bizim Azərbaycan üçün “yaşıl enerji”ni Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan əməkdaşlığına gətirmək təşəbbüsümüzü tamamilə dəstəklədiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Mən bu əməkdaşlığa çox ümid bəsləyirəm”.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev təşkilat çərçivəsində əməkdaşlıqdan danışarkən bu qurumun Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verdiyini bildirdi: “Bizim əməkdaşlığımız əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkələrimiz qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Bakını möhkəm dəstəkləməklə yekdilliyimizi bütün dünyaya nümayiş etdirdi”.

Təşkilatın yeni Baş katibi Kubanıçbek Ömüralıyev çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirdi, üzv ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylə çalışacağını dedi.

Daha sonra bir sıra sənədlər, o cümlədən Səmərqənd Bəyannaməsi imzalandı.

x x x

Sonra mükafatlandırma mərasimi oldu.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mərasimdə çıxış edərək Zirvə Görüşündə müzakirə olunan məsələlərin əhəmiyyətindən danışdı, çox mühüm sənədlərin imzalandığını və razılaşmaların əldə olunduğunu qeyd etdi.

Türk dövlətləri arasında dostluğun və tərəfdaşlığın möhkəmlənməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun xüsusi xidmətlərinin olduğunu vurğulayan Prezident Şavkat Mirziyoyev onların Türk Dünyasının Ali Ordeni ilə təltif edildiklərini bildirdi.

Prezident Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova Türk Dünyasının Ali Ordenini təqdim etdi.

Qeyd olundu ki, Özbəkistan Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində Əlişir Nəvai adına beynəlxalq mükafat təsis edilib. Həmin mükafatın ilk sahibi türk dünyasının birliyinə və inkişafına verdiyi töhfələrə görə dünyaşöhrətli qırğız yazıçı və ictimai xadim Çingiz Aytmatov olub.

Çingiz Aytmatovun ölümündən sonra layiq görüldüyü Əlişir Nəvai mükafatı Qırğızıstan Prezidenti Sadır Japarova təqdim edildi.

Prezident Sadir Japarov Əlişir Nəvai adına beynəlxalq mükafatın təsis edilməsinin türk dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığının inkişafının göstəricisi olduğunu vurğuladı.

Türk Dünyasının Ali Ordeni ilə təltif olunmasına görə minnətdarlığını bildirən Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov türk dövlətləri arasında əməkdaşlığın bütün sahələrdə inkişafının vacibliyini qeyd etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yüksək mükafatla təltif olunmasına görə minnətdarlığını bildirdi, son illərdə türk dövlətləri arasında əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğuladı. Çıxışında Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi genişmiqyaslı işlərdən söhbət açan Prezident Rəcəb Tayyib Ərdoğan dedi: “Qarabağla əlaqədar çox ciddi mübarizə aparan və bu mübarizəni hazırda infrastrukturun qurulması ilə ən yüksək səviyyədə davam etdirən qardaşım İlham Əliyevin iki ildə bu sahədə nələr bacardığını, nələri ortaya qoyduğunu görürük. Dəfələrlə həmin ərazilərdə tədbirlərə qatılmaq, həyata keçirilən işləri yerində görmək imkanım oldu. Bu işləri yerində gördükdə bir türk olaraq iftixar hissi keçirdim. Çox qısa müddətdə bu qədər nailiyyət həqiqətən bizim üçün qürur mənbəyidir”.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib  Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-5 VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz - İrəvan qalası

“Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib

BMT: Qışda 9 milyon insan əlavə humanitar yardıma ehtiyac duyacaq

Professor Nazim Əfəndiyevin anadan olmasının 100 illik yubileyi qeyd edilib

Əli Əsədov: Ümid edirik yaxın vaxtlarda Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə başlanacaq

İdman tarixində bu gün: Dieqo Maradona 37 yaşında karyerasını bitirib

Professor: İT təhsilinin gələcəyi auditoriyadan real texnoloji layihələrə keçir - ŞƏRH

İrəvanın tarixinə dair iki kitab ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilib

Nazir: Ərzaqlıq buğda istehsalı bir ildə 126 min tondan 170 min tondan çoxa yüksəlib

Beynəlxalq konqresdə Azərbaycan Milli Kitabxanasının rəqəmsal fəaliyyəti təqdim edilib

İrakli Kobaxidze: Enerji sahəsində əməkdaşlıq strateji münasibətlərin mühüm istiqamətlərindən biridir

Rusiya səmasında mindən çox dron vurulub

Məcnun Məmmədov: Müasir suvarma sistemləri ilə əhatə olunan sahələr 155 min hektarı ötüb

Əli Əsədov: Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Filippində Mayon vulkanı püskürüb

Qətər vasitəçiləri ABŞ-İran razılaşmasını müzakirə etmək üçün Tehrandadırlar

Parlament Əmək Məcəlləsində dəyişikliyi təsdiqləyib

BMU məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub

İrakli Kobaxidze: Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı strateji tərəfdaşlığın əsas sütunlarındandır

Baş prokuror Abşeronda vətəndaşların müraciətlərini dinləyəcək

Tarixi nəticəyə imza atan cüdoçu: İstəyirəm uğurum digər qızlarımıza da motivasiya olsun - MÜSAHİBƏ

Kriptovalyuta bazarında “Binance” gərginliyi: 2,54 milyard dollarlıq aktiv dondurulub

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir: Milli Məclis təsdiqlədi

Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa edilib VİDEO

Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa edilib VİDEO

Əli Əsədov: Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

“Reuters”: Pentaqon bəzi Avropa ölkələrindən Rusiya əleyhinə ritorikanı yumşaltmağı xahiş edib

Əli Əsədov: Doqquz ayda Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi 42 faiz artaraq 1 milyard dollara yaxınlaşıb

Azərbaycanda minatəmizləmə fəaliyyətinə Slovakiyanın mümkün dəstəyi müzakirə edilib

AzTU tədqiqat universitetinə çevrilir: əsas hədəflər və strateji prioritetlər müəyyənləşib

Lətif Qasımov: Aqrar sahənin rəqəmsallaşdırılması və müasir suvarma sistemlərinin genişləndirilməsi məhsuldarlığı artıracaq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Astarada tezyetişən naringinin yığımı aparılır – Qiymətlər 50 qəpikdən başlayır

Deputat: Kənd təsərrüfatı işçilərinin əməyi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

“Təcrübəlilər öyrədir”: DİA-nın rektoru dövlət idarəçiliyində innovativ texnologiyaların tətbiqindən danışıb

Bakıətrafı dəmir yolu xətlərinin bərpası 2030-cu ilədək başa çatdırılacaq

Məcnun Məmmədov: Qarabağ və Şərqi Zəngəzurdakı müasir təsərrüfatlar yeni imkanlar yaradır

Neft qiymətləri ardıcıl 4-cü aylıq artıma hazırlaşır

® Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib

ABŞ Fransadakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib

Afrika Millətlər Kuboku iki ildən bir keçiriləcək

MEK-də Xaqani Şirvani irsinə dair elmi seminar təşkil edilib

Türk dünyasının tətbiqi sənəti Daşkənddə beynəlxalq konfransda təhlil olunub

Yeni Suraxanı-Hövsan dəmir yolu xətti şəhər mərkəzinə nəqliyyat əlçatanlığını artıracaq VİDEO

Yeni Suraxanı-Hövsan dəmir yolu xətti şəhər mərkəzinə nəqliyyat əlçatanlığını artıracaq VİDEO

® İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək

Ötən gün 39 cinayətin açılması təmin olunub

Milli Kitabxanada siyasi repressiya qurbanlarının xatirəsinə həsr olunmuş sərgi açılıb

Nazir: Doqquz ayda 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib

Mifoloji və klassik ədəbiyyat prizmasından Novruz - elmi seminar

Yol qəzasından sonra tərəflər barışdı, məhkəmə cinayət işinə xitam verdi

“Qalatasaray” – “Fənərbağça” derbisinin cəzaları açıqlanıb

Azərbaycançılıq ideologiyası milli birliyin və dövlətçiliyimizin möhkəm təməlidir ŞƏRH

“Bitcoin”in qiyməti 78 min dollara enib

Alimlər Malidə tapılan 4,1 milyard il əvvələ aid Mars meteoritini tədqiq ediblər

“Milan” və “İnter” yeni stadionlarını təqdim edib

Bakıətrafı ərazilərdə dəmir yolu stansiyalarının sayı 40-ı ötəcək VİDEO

Bakıətrafı ərazilərdə dəmir yolu stansiyalarının sayı 40-ı ötəcək VİDEO

Məcnun Məmmədov: Məhsuldarlığın artırılması və müasir suvarma texnologiyalarının tətbiqi əsas vəzifələrdəndir

Çempionlar Liqası: "Araz-Naxçıvan" futzal klubu Polşa təmsilçisinə qarşı

Gürcüstanda Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub

Qızılın qiyməti neftin bahalaşması və inflyasiya təzyiqləri fonunda 4 min dollardan aşağı düşüb

Beynəlxalq tədbirin iştirakçıları “ASAN xidmət”də

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyəcək

Yeni Suraxanı-Hövsan dəmir yolu xəttində 4 stansiyanın inşası və bərpası planlaşdırılır VİDEO

Yeni Suraxanı-Hövsan dəmir yolu xəttində 4 stansiyanın inşası və bərpası planlaşdırılır VİDEO

Səudiyyə Ərəbistanı NATO və Qərb ölkələri ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Biləcəri qəsəbəsində yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Biləcəri qəsəbəsində yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Bu gün Bakıda FIFA U-15 dünya çempionatına yekun vurulacaq

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşır VİDEO

Birjalarda neft bahalaşır VİDEO

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Bəzi yerlərdə intensiv yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında son oyununa çıxır

Azərbaycan nefti 122 dollara satılır VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

Alimlər Arktikada üç fərqli iqlim zonasının olduğunu müəyyənləşdiriblər

Milli Məclisdə yeni ombudsmanın seçilməsi məsələsi müzakirəyə çıxarılıb

Qlobal təcrübələr əsasında dinlərarası anlaşmanın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

Vens: ABŞ-İran münaqişəsi sonsuz müharibəyə çevrilməyəcək

Ağdam sakini: Doğma torpaqda yaşamağın sevinci başqadır VİDEO

Ağdam sakini: Doğma torpaqda yaşamağın sevinci başqadır VİDEO

Keçmiş məcburi köçkün: Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun VİDEO

Keçmiş məcburi köçkün: Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun VİDEO

Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq

Bakıda 13 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Ağdama köçən şəhid anası: Oğlumun gedə bilmədiyi torpaqlara mən qayıdıram VİDEO

Ağdama köçən şəhid anası: Oğlumun gedə bilmədiyi torpaqlara mən qayıdıram VİDEO

Almaniyanın 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir

Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir VİDEO

Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir VİDEO

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

ABŞ Hərbi Hava Qüvvələrinin 10-dan çox nəqliyyat təyyarəsi İsraildəki bazalara uçub

“Bloomberg”: Çexiyalı milyarder “Delfin” holdinqini 30 milyard avroya almaq istəyir

İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib

Husilər Səudiyyə Ərəbistanındakı bir sıra obyektlərə zərbələr endiriblər

WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb

Fransada iğtişaşlar zamanı 1100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb

Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurub

Bosniya və Herseqovinada helikopter qəzası baş verib, üç nəfər ölüb

Sumqayıtda avtomobil yanıb

Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb