Cəlilabadda mikroavtobus qəzaya uğrayıb, yaralılar var VİDEO
Cəlilabad, 11 may, İlkin Adıyev, AZƏRTAC
Cəlilabadda mikroavtobus qəzaya uğrayıb, 10-a yaxın yaralı var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, mikroavtobus yoldan çıxaraq aşıb.
Hazırda yaralılar xəstəxanaya aparılır.
Faktla bağlı araşdırma başladılıb.