REGİONLAR
Xocalıda narkotik plantasiyası aşkarlanıb - FOTOFAKT VİDEO






Xocalı, 2 oktyabr, AZƏRTAC
Xocalı ərazisində 100 hektarlıq ərazidə xüsusi qulluq edilməklə yetişdirilən çətənə plantasiyası aşkarlanıb.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, narkotik plantasiyası Xocalı hava limanının yaxınlığında yerləşir.
Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları narkoplantasiyanın aşkarlandığı ərazidədirlər.