Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid jurnalistlərin xatirəsinə ikinci futbol turniri start götürüb VİDEO

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş ikinci ənənəvi futbol turnirinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə turnirin təşkilatçısı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) mərhum əməkdaşı, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov açaraq bildirib ki, Azərbaycan tarixən çətinliklər görüb və ərazi bütövlüyünün bərpası yolunda şəhidlər verib: “Bu sırada jurnalistlərimiz də var. Müharibə dövründə 9 jurnalist şəhid olub. Turnirin təşkilində məqsəd həm şəhidləri yad etmək, həm də idmanın təbliğidir”.

Azərbaycan Mətbuat Şurasının nümayəndəsi İlqar Tağıyev əvvəlcə turnirin təşkilatçılarına təşəkkür edib. İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi dövründə şəhid olan jurnalistlərin qarşısında baş əydiyini söyləyən İ.Tağıyev vurğulayıb ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hər kəs Azərbaycan əsgəridir: “Hər birimiz ölkəmizin inkişafı üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Əminəm ki, öz borcunu yerinə yetirən zaman şəhid olan insanların ruhu şaddır. Çünki ərazi bütövlüyümüz təmin olunub".

O, yarışda iştirak edən komandalara uğurlar arzulayıb.

Daha sonra Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov çıxış edərək hər bir azərbaycanlının bütün şəhidlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsini daim əziz tutmalı olduğunu vurğulayıb, onların əbədi olaraq qəlblərdə yaşayacağını qeyd edib.

Açılış mərasimində çıxış edən AZƏRTAC-ın əməkdaşı, şöbə müdiri Səlahət Yusifov keçmiş iş yoldaşı və həmkarı Məhərrəm İbrahimovun hərbi vətənpərvərlik və idman redaksiyasında çalışarkən ən qaynar nöqtələrdən materiallar hazırladığını vurğulayıb. Bütün şəhidlərə Allahdan rəhmət diləyən S.Yusifov Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edib.

Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan olunub. Topa rəmzi toxunuşu Əsgər İbrahimov, İlqar Tağıyev və Pərviz Ələkbərov ediblər. Ardınca isə “Ardanış” ilə “Zəngəzur” arasında açılış oyunu start götürüb. Qarşılaşma “Ardanış” komandasının 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Daha sonra meydana “İrəvan” və “Loru-Borçalı” komandaları çıxıblar. “İrəvan” rəqibini 9:5 hesabı ilə məğlub edərək, turnirə inamlı qələbə ilə başlayıb.

Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü münasibətilə həvəskar komandalar arasında təşkil olunan turnirdə komandalar “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adları altında mübarizə aparırlar. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTV təmsil edir.

Qruplarda dairəvi sistem üzrə keçiriləcək mübarizə nəticəsində birinci və ikinci yeri tutan komandalar yarımfinala yüksələcəklər. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penaltilər seriyası oynanılacaq.

Xatirə turnirində qaliblərə, eləcə də “Ən yaxşı oyunçu”, “Ən çox qol vuran”, “Nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələrin verilməsi nəzərdə tutulub.

“Sultan Keramik”, “Bee Tours” və “Mister Tum”un tərəfdaşlığı ilə təşkil olunan ənənəvi futbol turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTV, “Report” İnformasiya Agentliyi və “Rakus.az” saytı verəcək.

Bugünkü oyunların nəticəsi və növbəti matçların təqvimi aşağıdakı kimidir:

14 oktyabr

I tur

B qrupu

19:30 “Ardanış” - “Zəngəzur" - 5:3

A qrupu

20:30 “İrəvan” - “Loru-Borçalı” - 9:5

15 oktyabr

A qrupu

19:30 “Qərbi Azərbaycan” - “Göyçə”

B qrupu

20:30 “Qaraqoyunlu” - “Çəmbərək”

21 oktyabr

II tur

A qrupu

19:30 "İrəvan" - Qərbi Azərbaycan"

B qrupu

20:30 "Ardanış" - "Qaraqoyunlu"

22 oktyabr

A qrupu

19:30 "Loru-Borçalı" - Göyçə"

B qrupu

20:30 "Zəngəzur" - "Çəmbərək"

28 oktyabr

III tur

A qrupu

19:30 "Qərbi Azərbaycan- "Loru-Borçalı"

B qrupu

20:30 "Qaraqoyunlu"- "Zəngəzur"

29 oktyabr

B qrupu

19:30 "Ardanış" - "Çəmbərək"

A qrupu

20:30 "İrəvan" - "Göyçə"

4 noyabr

Yarımfinal

19:30 A1-B2

20:30B1-A2

5 noyabr

19:30 - III yer uğrunda görüş

8 noyabr

FİNAL

19:30

Qeyd edək ki, Ardanış Futbol Akademiyasının və “Rakus.az” saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ müharibələrində canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrinin - Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə verdiyi töhfələri unutdurmamaqdır.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar, dörd nəfər isə yaralanıb.

Prezident İlham Əliyev 2021-ci il iyunun 14-də Sirac Abışov, Məhərrəm İbrahimov və Arif Əliyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə dair Sərəncam imzalayıb.

Şəhid jurnalistlərin xatirəsinə ikinci futbol turniri start götürüb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM