Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda keçirilən qadınların hüquqlarına dair beynəlxalq konfrans işini başa çatdırıb VİDEO

Bakı, 21 noyabr, AZƏRTAC

Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans noyabrın 21-də öz işini panel müzakirələrlə davam etdirib.

AZƏRTAC xəbər verir ki, konfransın ilk panel müzakirəsi “Qadın: parlaq gələcəyə aparan yol” mövzusu ətrafında olub.

Müzakirələrinin açılışında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, qadınlar öz fərqli baxışları, səmimiyyəti, enerjisi və gücü ilə bizə ilham vermək və dünyamızı işıqlandırmaq qabiliyyətinə sahibdirlər. Təəssüf ki, bu gün dünyamız hələ də qadınların həyatına son dərəcə mənfi təsir göstərən bir-biri ilə sıx əlaqəli olan bir sıra böhranlarla üzləşir. Bütün bunlar gender bərabərliyinə nail olmaq və qadınları gücləndirmək sahəsində hələ də maneə olaraq qalmaqdadır.

Bütün çətinliklərə baxmayaraq, gender bərabərliyinin və qadınların səlahiyyətlərinin artırılmasının beynəlxalq siyasi və sosial gündəmin ayrılmaz hissəsinə çevrildiyini görməyin sevindirici hal olduğunu deyən Sahibə Qafarova, bunun bərabər hüquqlara və bərabər imkanlara əsaslanan daha yaxşı cəmiyyəti qurmaq üçün vacibliyini vurğulayıb.

Sahibə Qafarova bildirib ki, Azərbaycanda qadınlar ölkənin ictimai həyatının bütün sahələrində fəal iştirak edir, yüksək rəhbər vəzifələr tuturlar. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi möhtəşəm ictimai və siyasi fəaliyyət qadınların cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi dəyərli töhfələri təcəssüm etdirir.

Milli Məclisin sədri parlaq gələcəyin qurulmasında qadınların həlledici rolunu vurğulayıb, birgə səylər və fəaliyyətlərin əlaqələndirilməsi olmadan gender bərabərliyini təmin etməyin, dinc, ədalətli və inkişaf etmiş cəmiyyətin qurulmasının getdikcə çətinləşəcəyini bildirib.

Özbəkistanın Baş nazirinin müavini, Ailə, Qadın Komitəsinin sədri Züleyxa Məhəmova çıxışında ölkəsində qadınların və kişilərin səlahiyyətlərinin və hüquqlarının bərabər təminatı üçün addımların atıldığını, islahatların aparıldığını deyib. İctimai-siyasi həyatda, ciddi qərarların qəbulunda qadınların rolunun danılmaz olduğunu söyləyən Baş nazirin müavini qeyd edib ki, Özbəkistanda millət vəkillərinin 33 faizi, siyasi partiya üzvlərinin 46 faizi qadınlardır.

“Xoşbəxt qadın xoşbəxt cəmiyyət deməkdir və biz bu istiqamətdə çalışmalıyıq”, - deyə Züleyxa Məhəmova əlavə edib.

Panel müzakirələrdə çıxış edən Uqandanın əmək və sosial inkişaf naziri Betti Amongi Ongom parlaq və uğurlu gələcək naminə qadınların rolundan danışıb, onların statusunun və hüquqlarının tanınmasının əhəmiyyətini qeyd edib. O, qadın hüquqları üzrə fəalların gördükləri işlərin vacibliyinə diqqət çəkib və bunun cəmiyyəti ilhamlandırdığını söyləyib.

Uqandalı nazir deyib ki, mövcud olan imkanlardan və gücdən qadınların hüquqlarının, gender bərabərliyinin təşviqi, onlara bərabər imkanların təminatı üçün istifadə edilməlidir. Qadınların təməl hüquqlarının təminatı üçün dövlət institutları dəstək verməlidir. O, həmçinin qeyd edib: “Qadınlar parlaq gələcəyə aparan qüvvədir, biz qadınların, qızların hüquqlarını, təhsilə çıxışlarını təmin etməliyik, onların iqtisadi azadlığı uğrunda çalışmalıyıq”.

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxışında Azərbaycanda qadınların hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, bu gün Azərbaycanda dövlət qeydiyyatına alınmış 4000-ə yaxın qeyri-hökumət təşkilatından təxminən 40 faizinin rəhbəri qadınlardır.

Aygün Əliyeva, həmçinin rəhbəri olduğu Agentliyin sözügedən istiqamət üzrə gördüyü işlər, dəstəklədiyi layihələr barədə məlumat verib: “Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri də QHT-lərin təşəbbüs və ideyalarına maliyyə yardımının göstərilməsidir. Belə ki, 2021-2023-cü illər ərzində Agentlik ümumilikdə 8 qrant müsabiqəsi keçirib. Belə ki, 2021-ci ildə qrant müsabiqələrində “Ailə, qadın, uşaq və gender məsələləri” istiqaməti üzrə 38 layihə, 2022-ci ildə bu istiqamət üzrə 45 layihə, 2023-cü ildə isə 56 layihə maliyyələşdirilib. Bundan başqa “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” xüsusi qrant müsabiqəsi mövzusu olub və 55 layihə maliyyə dəstəyi alıb. Ümumilikdə Agentlik yarandıqdan sonra - 2021-ci ildən bu günə qədər qadınlarla bağlı müxtəlif mövzularda 194 layihəyə maliyyə vəsaiti ayrılıb”.

Tədbirdə çıxış edən Fransa kolonializminə qarşı Bakı Təşəbbüs Qrupunun üzvü Ella Tokoragi bu gün qadınların öz hüquqları uğurunda mübarizə apardıqlarını deyib. Qadınların bir sıra istiqamətlərdə səlahiyyətləndirilməsinin əhəmiyyətini vurğulayan Ella Tokoragi Fransız Polineziyasında bəzi məsələlərə diqqət çəkib: “Onların səhiyyə xidmətlərinə əlçatanlığı təmin olunmalıdır. Pandemiya Fransız Polineziyasında çox pis idarə olundu, 260 min əhalisi olan ölkədə böhran yaşandı. Fransanın bizim ərazilərimizdə öz məqsədləri üçün bomba sınaqları həyata keçirməsi əhalinin sağlamlığına mənfi təsir göstərib, insanlar arasında xərçəng xəstəliyi yayılıb”.

Panel müzakirələrlə davam edib.

X  X  X

Konfrans çərçivəsində, həmçinin “Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsi və canlandırılmasında qadınların səlahiyyətlərinin artırılması” mövzusunda panel iclası keçirilib.

Uqanda hökumətinin qadın sahibkarlıq proqramı üzrə nümayəndəsi Joel Acananın moderatorluğu ilə aparılan panel müzakirələrdə çıxış edən Zimbabvenin qadın işləri, icma, kiçik və orta sahibkarlığın inkişafı naziri Monika Mutsvangva ölkəsinin gender bərabərliyinə çox böyük önəm verdiyini deyib. Bildirib ki, 100 illik müstəmləkəçilikdən sonra Zimbabve azadlığa qovuşub. Bu azadlıq mübarizəsində qadınlar xüsusi rol oynayıblar. O qadınlar Zimbabvenin qəhrəmanlarıdır.

Qadın hüquqlarının təminini parlaq gələcəyin əsas şərtlərindən hesab edən Monika Mutsvangva xüsusilə davamlı inkişaf məqsədlərinə nail olunması baxımından bunun əhəmiyyətini vurğulayıb. O, qadın sahibkarların bir-birini dəstəkləməsinin vacibliyini qeyd edib: “Biz birlikdə çalışaraq gender əsaslı ayrı-seçkiliyə son qoymağa çalışmalıyıq. Erkən yaşlı evlilik hallarının qarşısını almalıyıq. Hər bir insana öz bacarıqlarını aşkarlamaq üçün imkan verilməlidir. Ona görə də qız və oğlan uşaqlarına bu imkanların verilməsi olduqca əhəmiyyətlidir. Bu istiqamətdə investisiya qoyulmalıdır”.

BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva isə çıxışında deyib: “2030-cu il üçün az vaxt qalıb. Cəmi 7 il, bu uzun müddət deyil. Təəssüflər olsun ki, dünya qarşıya qoyulan hədəflərdən çox geridə qalıb. Parlamentdə qadınların təmsilçiliyində geridə qalırıq. Üzv dövlətlərdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün işlər bu sürətdə davam edərsə, 300 il sonra uşaq evliliyinə son qoya bilərik. Hazırda 5 qızdan biri 18 yaşda ailə qurur. 286 ildən sonra isə ayrı-seçkiliklə bağlı qanunları aradan qaldırmaq mümkün olacaq. 140 il sonra biz iş yerlərində rəhbər vəzifələrdə bərabərliyə nail olacağıq”.

Uğur hekayələrinin də olduğunu söyləyən Vladanka Andreyeva qeyd edib ki, sözügedən istiqamətdə sürət çox aşağı səviyyədədir. Mövcud istiqamətdəki boşluqlar bəhs edən BMT-nin rezident əlaqələndiricisi vurğulayıb: “Bu, davamlı inkişaf məqsədlərini monitorinq etmək imkanlarımızı məhdudlaşdırır. Ölkələr olaraq gender bərabərliyinə nail olmaq üçün səylərimizi birləşdirməliyik”.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının baş katibi Leyla Həsənova qeyd edib ki, 2030-cu il gündəliyinin səmərəli şəkildə icrası üçün ciddi addımlar atılmalıdır. Qadınların səlahiyyətlənməsi yalnız sosial ədalət məsələsi deyil. Pandemiya və geosiyasi vəziyyət bu məqsədlərə çatmaqda əsas problemləri təşkil edir.

Qadın hüquqlarının təmininin davamlı inkişafın özəyi olduğunu söyləyən Leyla Həsənova deyib ki, belə olmayacağı təqdirdə cəmiyyətlər çiçəklənə bilməz. “Qadınlar tam istifadə olunmamış resurslardır. Biz bu çoxşaxəli baryerləri aradan qaldırmalıyıq. Qadınlara qərarverici vəzifələr verilməli və buna şərait yaranmalıdır”, - deyə Gənclər Təşkilatının baş katibi vurğulayıb.

Müstəqil Martinika naminə ekoloqlar və demokratlar Hərəkatının sədrinin müavini Claudette Duhamel çıxış edərək xalqının məruz qaldığı müstəmləkəçilik siyasətindən danışıb: “Biz etnik baxımdan köklərimizə bağlı olsaq da qərb mədəniyyətinə inteqrasiya olunmuşuq. Təkcə ərazi olaraq deyil, mentalitet baxımından da biz işğal olunmuşuq”.

O, əcdadlarının sanki bir hərb düşərgəsi rejimində yaşadığını deyərək qeyd edib: “Ağ dərili fransızlar özlərini ali irq olaraq görüb qara dərililəri insan statusunda belə qəbul etmirdilər. Qara dərililərə əşya kimi davranırdılar. Onlar bizi qul səviyyəsinə endirmək üçün xüsusi rejim yaratmışdılar. Burada məqsəd gələcəyə hesablanıb. İnsanlarda müstəmləkə təfəkkürünü yaratmağa, öz köklərini unutdurmağa çalışırlar. Elə bir mentaliteti yaratmaq istəyirlər ki, insanlar müstəmləkəçiliyi normal qəbul etsinlər. Biz dörd əsrə bərbər quldarlığa məruz qalmışıq. Fransızlar quldarlıq siyasəti yeridirlər”.

Panel iclasda mövzu ətrafında müzakirələr aparılıb.

Konfransın bağlanış sessiyasında çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə irəli sürdüyü vacib təşəbbüslərdən biri də qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi üçün platformanın yaranması istiqamətində atdığı addımlardır. Hərəkata üzv ölkələr və onların nümayəndələri Azərbaycanın bu təşəbbüsünə böyük dəstək göstərdi. Bütün nümayəndələr hazırkı platformada sözügedən təşəbbüsü reallaşdırmaq üçün toplaşıb. Bu mövzuda keçirilən konfrans Qoşulmama Hərəkatı tarixində bir ilkdir. Konfrans Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə olduqca aktual mövzunu əhatə edir. İlham Əliyev sadəcə ideya müəllifi deyil, eyni zamanda, konfransın keçirilməsinin ən böyük dəstəkçisidir. Dövlətimizin başçısının dünənki müraciəti özündə bir sıra istiqamətləri əhatə edirdi. Müraciət Qoşulmama Hərəkatının son illərdəki problem istiqamətlərində yeniliklər və beynəlxalq aləmdəki mövcud vəziyyətinə qiymət verərək, təsisatın gələcək istiqamətlərini müəyyən edib. Bu, bizə həm ölkə içərisində, həm də müxtəlif formatda bütün proseslərin iştirakçısı olmağa dəstək verir.

Dövlət Komitəsinin sədri qeyd edib ki, platformada bir çox təkliflər eşidildi və bütün bunlar gələcək fəaliyyətlərdə nəzərə alınacaq. Panellərdə müzakirə edilən məsələlər olduqca aktualdır. Eyni zamanda, müzakirələr bizim qarşımıza qoyulan məsələlərin də həlli istiqamətində vacib amildir. Qadınların və qızların hüquqlarının daha da artırılması, yüksək səviyyələrdə iştirakçı və ya təmsilçi kimi formalaşması istiqamətində səylərimizi davam etdirəcəyik. Konfransda dünyaca tanınmış qadınların bu prosesdə öz şəxsi uğurlarını, hekayələrini dinlədik. Bu, bir daha sübut edir ki, hər bir qadın bütün çətin vəziyyətlərin öhdəsindən gələ bilər.

Bununla da “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans işini yekunlaşdırıb.

Bakıda keçirilən qadınların hüquqlarına dair beynəlxalq konfrans işini başa çatdırıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO