28 nəfərə elmi dərəcə verilməsindən imtina edilib
Bakı, 30 noyabr, AZƏRTAC
Bu ilin noyabr ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.
Prezident yanında Ali Attestasiya Komissiyasından AZƏRTAC-a bildirilib ki, cari ayda 28 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Noyabr ayında 43 nəfərə fəlsəfə doktoru, 6 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 25 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 3 nəfərə isə imtina cavabı gəlib.
Həmçinin noyabr ayı ərzində 22 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə isə imtina verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2026 [19:25]
Məktəbəhazırlıq qrupları üzrə 59 minə yaxın sorğu yerləşdirilib
- 24.08.2026 [19:10]
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
- 24.08.2026 [18:55]