SİYASƏT
Haaqada yaradılmış 52 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatdırılıb VİDEO
Haaqa, 6 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Niderlanddakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 52 saylı seçki məntəqəsində də hazırlıq işləri başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu ölkədə yaşayan vətəndaşlarımız fevralın 7-də yerli vaxtla saat 08:00-dan 19:00-dək seçki məntəqəsinə gələrək sərbəst şəkildə səs verə bilərlər. Səfirlikdə yaradılmış 52 saylı seçki məntəqəsində 324 seçici qeydiyyatdan keçib.
Qeyd edək ki, ölkəmizin hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.