İDMAN


“XƏZƏR-LƏNKƏRAN” AĞASƏLİM MİRCAVADOVLA İKİLLİK MÜQAVİLƏ İMZALADI

AZƏRTAC xəbər verir ki, Azərbaycanın XIV milli futbol çempionatını ukraynalı Viktor Pasulkonun rəhbərliyi ilə 7-ci yerdə başa vurmuş “Xəzər - Lənkəran” klubuna yeni baş məşqçi təyin olunmuşdur. Artıq növbəti mövsümdən komandanı Ağasəlim Mircavadov çalışdıracaqdır. Təcrübəli mütəxəssislə ikillik müqavilə imzalanmışdır.

İyunun 7-də keçirilən mətbuat konfransında klubun icraçı direktoru Tuyqun Nadirov Viktor Pasulkonun nizam–intizam qaydalarını pozduğu üçün istefaya göndərildiyini bildirmişdir.

Ağasəlim Mircavadova məşqçilər Samir Ələkbərov, Tofiq Mustafayev, Nizami Sadıxov və Bəxtiyar Musayev kömək edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.