XV ÖLKƏ FUTBOL ÇEMPİONATI BAŞLANMIŞDIR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, avqustun 5-də üç görüşlə XV ölkə futbol çempionatının startı verilmişdir.
Tofiq Bəhramov adına Respublika stadionunda son ölkə çempionatının qalibi “Bakı” komandası “Olimpik” klubu ilə qarşılaşmışdır. “Bakı” 70-ci dəqiqədə Andre Ladaqanın vurduğu bir qolla çempionatda ilk qələbəsini qazanmışdır - 1:0.
Bu ildən güclülər dəstəsində çıxış edən “Gilan” (Qəbələ) və “Simurq” (Zaqatala) komandalarının debütü uğurlu olmuşdur. Yevlaxda “Gilan” - “İnter”, Qaxda isə “Simurq” - “Turan” görüşlərində qapılara qol vurulmamışdır - 0:0.
Qeyd edək ki, Qəbələ və Zaqatala stadionları təmir olunduğundan “Gilan” ev oyunlarını bir müddət Yevlaxda, “Simurq” isə Qaxda keçirəcəkdir.
Tura avqustun 6-da keçiriləcək “Neftçi” - “Gənclərbirliyi”, “Şahdağ” - “MKT-Araz” oyunları ilə yekun vurulacaqdır.
Bu tur çərçivəsində “Gəncə” - “Xəzər-Lənkəran” oyunu isə keçirilməyəcək. “Gəncə” komandası AFFA-ya iştirak ərizəsi təqdim etmədiyi üçün klub çempionatda çıxış etməyəcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var