Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib VİDEO
Bakı, 8 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin əməkdaşları və hərbi qulluqçuları müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə polis əməkdaşları və hərbi qulluqçular ərazidə olan bitkilərə qulluq göstərib, yaşıllıq zonasında təmizlik işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılmış zeytun tinglərini əkib və bitkiləri suvarıblar. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.
Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.