Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olunub VİDEO

Bakı, 3 iyul, AZƏRTAC

Sosial Tədqiqatlar Mərkəzində (STM) milli mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində daha bir vacib tədbir keçirilib. Azərbaycanın qədim və zəngin kulinariya ənənələrini əks etdirən “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri ictimaiyyətə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində STM-in İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc, kitabın müəllifləri – Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) sədri, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyev, layihənin rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli, Əməkdar jurnalist Telli Pənahqızı, tanınmış ictimai xadimlər, tədqiqatçılar və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edənlər kitabın elmi, tarixi və mədəni əhəmiyyətindən bəhs edərək, onun Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından önəmini vurğulayıblar.

Zahid Oruc çıxışında bildirib ki, kitab həm tariximizin, həm də mədəni irsimizin qorunması baxımından mühüm vəsaitdir: “Azərbaycan mətbəxi milli kimliyimizin daşıyıcısıdır. Kitab vasitəsilə biz təkcə bir regionun yeməklərini deyil, həm də unudulmaqda olan tarixi-mədəni yaddaşı yenidən gündəmə gətiririk. “İrəvan xanlığının mətbəxi”, eyni zamanda, Azərbaycanın min illərlə yaşadığı tarixi yurdun mənəvi-mədəni xəritəsinin bərpasına xidmət edir”.

Tahir Əmiraslanov təqdimat zamanı vurğulayıb ki, “İrəvan xanlığının mətbəxi” yalnız reseptlər toplusu deyil, həm də dərin tarixi-etnoqrafik tədqiqat əsəridir: “Kitabda 413 yemək və içkinin resepti, onların hazırlanma texnologiyası, istifadə edilən məhsullar və alətlər ətraflı təsvir olunub. Biz arxivlərdə araşdırmalar aparmışıq, yaşlı nəsillə müsahibələr etmişik. Məqsədimiz saxtalaşdırılan tarixi düzgün göstərmək və Azərbaycan mətbəxinin zənginliyini dünya ictimaiyyətinə çatdırmaqdır”.

Qivami Rəhimli isə qeyd edib ki, əsər yalnız mətbəx haqqında məlumat verməklə kifayətlənmir, həm də milli mədəni yaddaşı, regionun sosial və tarixi kontekstini oxucuya təqdim edir: “Bu kitab vasitəsilə İrəvan xanlığının gündəlik həyatını, məişətini, təsərrüfat sistemini və mədəni reflekslərini oxucuya çatdırmağa çalışmışıq. Bu həm də Azərbaycanın qədim dövlətçilik tarixinin bir parçasının süfrə üzərindən təqdim olunmasıdır”.

Telli Pənahqızı deyib ki, bu layihə Azərbaycanın mədəni təhlükəsizliyi və diplomatiyası baxımından strateji əhəmiyyətə malikdir: “İrəvan xanlığının adətləri, ənənələri, yaşam tərzi kitabda əks olunub. Mətbəximiz təkcə milli özünütəsdiqin deyil, həm də mədəni müqavimətin bir vasitəsidir. Bu əsər, eyni zamanda, gələcək nəsillərə miras buraxılacaq mədəni kodların daşıyıcısıdır”.

Təqdimat zamanı çıxış edən digər natiqlər vurğulayıblar ki, bu cür nəşrlər təkcə mədəni irsin deyil, həm də tarixi həqiqətlərin qorunmasında mühüm rol oynayır. Qeyd olunub ki, kitabın ingilis dilində nəşri beynəlxalq elmi dairələr üçün yeni tədqiqat imkanları açır. İştirakçılar bu təşəbbüsü milli ideologiyanın və mədəni diplomatiyanın təzahürü kimi qiymətləndiriblər. Həmçinin vurğulanıb ki, mətbəx mədəniyyəti üzərindən tarix yazmaq müasir mədəni təhlükəsizlik strategiyasının bir hissəsidir. Kitabın hazırlanması zamanı tədqiqatçılar İrəvan bölgəsindən deportasiya olunan soydaşlarımızın ailə yaddaşına əsaslanan məlumatlardan, arxiv sənədlərindən və müxtəlif tarixi qaynaqlardan istifadə ediblər. Nəşr kulinariya reseptlərindən savayı, tarixi izahları, sosial kontekstə dair qeyd və analizləri də əhatə edir. Bu yanaşma kitabı həm də ensiklopedik səciyyə daşıyan bir mənbəyə çevirir. Kitabın ingilis dilinə tərcüməsi onun daha geniş beynəlxalq auditoriyaya çatdırılmasına, Azərbaycanın mətbəx mədəniyyətinin dünya ictimaiyyətinə doğru təqdim olunmasına imkan yaradır. Tədbir iştirakçıları qeyd ediblər ki, bu nəşr Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğində yeni bir mərhələ açacaq. Eyni zamanda, vurğulanıb ki, bu təqdimat Azərbaycanın öz mədəni irsinə sahib çıxmaqla yanaşı, İrəvanın əsl tarixi simasının – Azərbaycan şəhəri olması həqiqətinin də beynəlxalq elmi ictimaiyyətə çatdırılması üçün prinsipial və ardıcıl mövqe nümayiş etdirdiyini göstərir.

“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM