Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xüsusi təyinatlı: Dağları aşaraq, maneələri keçərək Qubadlıya getdik VİDEO

Bakı, 25 oktyabr, Göyçək Mahmudlu, AZƏRTAC

“Qubadlıya qədər bir neçə döyüş əməliyyatı keçirmişdik. Artıq Qubadlıya hücum əmri verilmişdi. Ermənistan hərbçiləri çox güclü silahlanmışdılar. Biz getdiyimiz istiqamətdə hər cür silahdan atəşə məruz qalırdıq. Orada artıq gördük ki, iki nəfər irəliləyərsə, onlardan biri mütləq vurulacaqdı. Bir-bir qaça-qaça 400-500 metr açıq oval sahə ilə onların üstünə doğru irəlilədik. Erməni hərbçilərinin mövqeləri bizdən yüksəkdə idi. O mövqeyə gedənə qədər hər cür silahın hədəfində idik. Lakin biz şərait yaratmadıq ki, irəliləyən zaman kimsə vurulsun və yaralımız olsun”.

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Vətən müharibəsi qazisi, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı, miçman Xəyyam Fərzəliyev deyib.

Azərbaycan Ordusunda xidmətə 2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" saylı hərbi hissəsində başlayan Xəyyam Fərzəliyev hələ yeniyetmə ikən verdiyi qərarın arxasınca gedib. O, XTQ mənsubu kimi Vətənin keşiyini çəkmək arzusunu reallaşdırır. İlk döyüş tapşırığını 2016-cı ildə uğurla tamamlayan cəsur döyüşçünün həlledici müharibədə iştirakı Füzuli rayonundan başlayıb. Ardınca Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətlərində aparılan hərbi əməliyyatların iştirakçısı olub. O, 2020-ci il oktyabrın 30-da Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanaraq ordu sıralarından tərxis olunub.

Qubadlının işğaldan azad edilməsi və düşmənə vurulan zərbə

O, Qubadlı əməliyyatı barədə söhbətinə belə davam edib: "Qubadlını ilk dəfə gördüyümüzə görə relyefinə bələd deyildik. Bu, bizə bir az çətinlik yaratsa da, təlimlərdə öyrəndiklərimiz sayəsində bunun da öhdəsindən gəldik. Biz Qubadlı istiqamətində döyüşə başlayanda, artıq orada bir neçə yerdə döyüşlər gedirdi. Qubadlının bir hissəsi dağlıq idi, bir tərəfindən də aşağı yollar var idi. Biz dağları aşaraq, maneələri keçərək Qubadlıya düşdük. Aşağı yollardan bizim digər bölmələrimiz gəlirdi. Hər iki mövqedə olanlar bir-biri ilə əlaqə saxlayırdı. Qubadlını 2020-ci il oktyabrın 25-i gecə vaxtı aparılan döyüşdə azad etdik və Ali Baş Komandana məruzə etdik. Məruzə vaxtı sağ tərəfdəki bayrağın sol tərəfində dayanan mənəm”.

Xəyyam Fərzəliyev bildirib ki, Qubadlı əməliyyatı zamanı Ordumuz üçün çox strateji nöqtələri ələ keçiriblər: “Qarabağa gedən sol və sağ cinahlar var idi. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları sol cinahı Qubadlıya çatdırdı. Artıq sol cinah düşmənin əlindən çıxmışdı. Ona görə də Qubadlı onlar üçün ən böyük itkilərdən biri oldu... Qubadlıda boş evlərə, onların içinə baxanda Birinci Qarabağ müharibəsi zamanı soydaşlarımızın öz yurd-yuvasından necə didərgin düşdüyünü təsəvvür edirdik. Onlar illərlə qurub-yaratdıqlarını məcburi şəkildə qoyub getmişdilər... Qubadlının azad edilməsini Ali Baş Komandana məruzə etdikdən sonra Xocavənd istiqamətinə yollandıq".

Çətin döyüş, uğurla tamamlanan əməliyyat

Müharibənin kədərli, qürurlu, həm də xoş və gülməli anlarının olduğunu vurğulayan Xəyyam Fərzəliyev bir neçə dəfə döyüş meydanında həyəcanlı anlar yaşadığını, dəfələrlə yaxınlığında mərmi partlayışları olsa da, xəsarət almadığını qeyd edib. Onun üçün ən yaddaqalan hadisələrdən biri məhz Cəbrayılda üçüncü eşalonun yaxınlığındakı zirvəyə doğru irəliləyən zaman yaşananlar olub: “Lazımi nöqtələri tutmaq üçün irəliləyirdik. Həmin nöqtələrə 15-20 metr məsafə qalmışdı. Məndən əvvəlki döyüş yoldaşımın nöqtəyə çatmasına 10-15 metr qalmışdı ki, kiminsə “erməni, düşmən” deyərək qışqırdığın eşitdim. Həmin səsi eşitməklə gördüklərim arasında 2-3 saniyə keçdi. Sağ tərəfdə hərəkətlənmə hiss etdim. Biz də səngərin içi ilə gedirik. Yarım metr məsafədə hündürlük və otluq var idi. Otluğun içində tərpəniş olduğunu gördüm. Qarşımdakı döyüş yoldaşım atəş açmağa başladı. Mən də silahın qoruyucusunu açıb, atəş aça-aça irəliləyirdim. Sən demə, mənim tərəfdə 7-8 metr məsafədə üç erməni hərbçisi var imiş. Onlar hər mövqedə 3-4 nəfər səpələnib gözləyirdilər ki, bizi pusquya salsınlar. Orada yaralılarımız olsa da, şəhidlərimiz olmadı. Çox sayda erməni hərbçilərini məhv etdik. Onların canlı qüvvə itkisi çox olduğundan zəiflədilər, bizə iriçaplı silahlardan atəş açmağa başladılar. Xüsusi təyinatlıların döyüşünü danışanda hər kəsə fantastik gəlir. Amma biz o fantastikanın içində idik...”

Vətən müharibəsi qazisi diqqətə çatdırıb ki, ermənilər səngərin içinə iriçaplı silahlardan dayanmadan atəş açıblar: “Minaatanların mərmiləri yan-yörəmizdə partlayırdı. Onlarda minaatanlar yüzlərlə idi və bir nöqtəni sərasər atəşə tutanda onlardan biri hədəfə düşürdü. Bunun üçün dəqiq atəşə ehtiyac yox idi. Döyüş yoldaşlarımızla aramızda 5-6 metr məsafə olsa da, partlayış səslərindən bir-birimizi eşitmirdik. Onlar dayanmadan atırdılar. Mən elə mövqedə idim ki, minaatan mərmisinin hədəfi olmaq ehtimalım çox idi. Ona görə də istədim ki, müdafiə olunmaq üçün bir az maneə arxasına keçim. 2-3 metr döyüş yoldaşıma tərəf süründüm, həmin an minaatan mərmisi yaxına düşdü, partlayışdan sonra hər yeri toz-duman bürüdü. Elə bildim ki, minaatan mərmisi döyüş yoldaşımın üstünə düşüb. Həmin an onun qışqırdığını eşitdim, sevindim ki, salamatdır. Gözləri şişmişdi, zərbə dalğasından üstündəki iki su çəni partlamışdı. Partlayış onun yanında baş verdiyi üçün heç nə eşitmirdi, gözləri tozdan görmürdü. Nə qədər çağırsam da, işarə etsəm də, anlamadı. Yaxınlaşıb, onu döyüş mövqeyindən çıxarmaq üçün belimə çıxmasını istədim. O yalnız deyirdi: eşitmirəm, görmürəm, mənə kömək edin. Döyüş yoldaşımı belimə alıb, bir az irəlilədim. Onu təhlükəsiz yerə qoyub, dedim ki, sən müşahidəni apar, birdən bizə hücum edərlər. Arxaya qayıtdım gördüm ki, hələ də atışlar davam edir. Döyüş yoldaşlarımdan biri də yaralanmışdı. Mən öz sahəmi düşməndən təmizləmişdim, haradasa 6-7 nəfər erməni hərbi qulluqçusunu məhv etmişdim. Onlar gözləyirdilər ki, biz atış sektorlarına keçək və bizi vursunlar. Lakin əksi ilə qarşılaşdılar. Üzərimizə iriçaplı silahlardan o qədər atəş gəlirdi ki, oradan sağ çıxa bilməyəcəyimizi düşündük. Biz onların iriçaplı silahlarına, minaatanlarına qarşı döyüşürdük. Ona görə də dəstə komandirimizlə əlaqəyə çıxaraq dedik ki, biz daxil düşməni vurun. Əgər bu döyüşdə nailiyyət əldə edə bilməsək, bu ləkə ilə yaşaya bilmərik. Amma bizə deyildi ki, sona qədər döyüş aparılmalıdır. Belə də oldu. Biz əməliyyatı uğurla tamamladıq".

“Açıqda dayanmışdıq...”

Vətən müharibəsi qazisi döyüşlərdə yaralandığı anları xatırlayaraq bunun Xocavənd istiqamətində aparılan hərbi əməliyyatlar zamanı strateji yüksəkliklərdən biri olan Qızılqaya yüksəkliyinin düşməndən təmizlənməsi zamanı baş verdiyini deyib.

Onun sözlərinə görə, 500-600 metr hündürlüyündə olan Qızılqayanın sağ tərəfindən Xocavəndi, sol tərəfindən isə Füzulini görmək olurdu. O, düşmənin Qızılqayanın zirvəsində, hətta Qızılqayaya qədər özünə mövqe qurduğunu, orada düşündüklərindən də çox şəxsi heyət, yəni alay toplandığını, həmçinin silah-sursat cəmləşdirildiyini qeyd edib. İki-üç nəfərlik kiçik yarımqruplarla qaça-qaça irəliləyən qəhrəmanları burada da düşmənin iriçaplı silahları qarşılayıb: "Yüksəkliyə qalxmaq üçün dağın ətəyinə getdik. Getdiyimiz istiqamətdən oraya çatmaq mümkün deyildi. Çünki 500 metr hündürlüyündə olan dağın biz tərəfi çox sıldırım idi. Oraya qalxmaq üçün düz gedib, meyilli olan tərəfdən çıxmalı idik. Sağ tərəfimizdə Qızılqayanın yarısı boyda olan kiçik təpə var idi. Orada da düşmənin şəxsi heyəti toplanaraq bizə atəş açırdı. Gizlənməyə yer yox idi, açıqda dayanmışdıq, məsafə 800-1000 metr arasında dəyişirdi. Onlar necə gəldi atırdılar, mərmilər, güllələr yan-yörəmizə dəyirdi. Snayperlərimiz onları nişan alıb, 7-8 nəfəri vuran kimi silahı atıb qaçdılar”.

Partlayış oldu, alov qalxdı, elə bildim ki, qolumu itirmişəm...

O, fikirlərinə belə davam edib: “Onlar geri çəkiləndən sonra yuxarı dırmaşmağa başladıq. Yuxarı qalxanda düşmənin atəş qrupları var idi, bir az görünən kimi insanı vururdular. Ancaq sürünə-sürünə axıra kimi qalxmağa başladıq. Sıldırımlı yerə çatmışdıq, amma irəli gedə bilmirdik. Çox atəş açırdılar, hətta qumbara da atmışdılar. Artıq iki yaralımız var idi, qarşı tərəfi vurmaq üsullarını axtarırdıq. Pulemyotçunu susdurmaq lazım idi. Döyüş yoldaşlarımızdan Elnur Zeynalov pulemyotçunu susdurmaq üçün onun üzərinə atıldı, onu susdurdu, lakin özü də şəhid oldu. Digər mövqedən də atəşlər gəldiyindən olduğumuz yerlərdən çıxa bilmirdik. Sıldırım tərəfin başlanğıcına 3-4 metr var idi. Döyüş yoldaşımla razılaşdıq ki, bir-birimizi mühafizə etmək şərtilə, yuxarı çıxaq. 7-8 metr irəliləyəndən sonra bizim silahdaşlarımızı atəşə tutan erməni hərbi qulluqçularını gördük. Döyüşçü yoldaşımın qarşısına maneə çıxdığından gizlənib, atəş apara bildi, mən isə özümü səngərin içinə atmalı oldum. Oradan atılan hər bir güllə bir erməni hərbçi demək idi. Qızılqayada 100-dən çox erməni hərbçi var idi. Onlara atəş açdıqca kütləvi şəkildə qaçmağa başladılar. Arxaya gedib, digər silahdaşlarımı da çağırdım. Döyüş yoldaşlarımın maneəsiz irəliləməsi üçün erməniləri atəş altında saxlayırdım. Daraq qurtardıqca dəyişə-dəyişə atırdım.

Arxadakıları da çağırırdım ki, irəlidəkilərə kömək lazımdır. Ermənilərin silahlarını bitirəndən sonra öz silahımla atəş açmağa başladım. Arxaya dönəndə gördüm ki, bizimkilərdən təkcə Zaur Ələsgərli qalıb. Onu səslədim ki, tez gəl, digərləri irəlidədir, biz də gedək. Dedi, gözlə, atəş olan tərəfi vurum, gəlirəm. Dönüb atəş aparmağa davam edirdim. 15-20 güllə atmışdım ki, tappıltı səsi eşitdim. Onların yaralı hərbi qulluqçularından birinin atdığı qumbara sol tərəfdən yaxınlığıma düşdü. Başımı bir az sola çevirmək istəyəndə partlayış baş verdi və alov qalxdı. Elə bildim ki, qolumu itirmişəm və qanaxmadan öləcəyəm. Həmin dəqiqə gördüm ki, Zaur Ələsgərli mənə kömək etməyə gəldi. Çox qan itirdiyimdən silahı saxlamaq üçün belə, gücüm yox idi. Həmin an özümü toparlayıb, qoluma baxdım və yerində olduğunu gördüm. Qanaxmadan gözlərim qaralır, başım gicəllənirdi. Zaur ilkin tibbi yardım göstərdi, sarğı qoydu. Dedim ki, Zaur özümü çox pis hiss edirəm, bu qolumla əlaqəli deyil. Mənə kömək et, arxaya gedim. Zaur dedi ki, qalan düşməni də məhv edib, gəlirəm, səni özüm düşürəcəyəm. Getmə, desəm də, o qulaq asmadı. Yenicə məndən aralanmışdı. Birdən bizimkilərin səsini eşitdim, “şəhid var” deyirdillər. Zaur şəhid olmuşdu. Həmin döyüşdə beş şəhid vermişdik. Hər biri də mənim yaxın məsafəmdə olurdu və adlarını eşidirdim. Sürünərək qalxdığım yolu yumarlanaraq aşağı düşdüm. Aşağıda döyüş yoldaşlarım mənə kömək etdilər. Zaurun qoyduğu sarğı açılmışdı, qanaxma gedirdi. Burada yenidən tibbi yardım edildikdən sonra döyüş meydanından təxliyə edildim. Mən heç kimə başa sala bilmirdim ki, mən özümü çox pis hiss edirəm və bu, mənim qolumla bağlı deyil. Elə bilirdilər ki, qanaxmadan belə olmuşam. Məni təcili yardımla xəstəxanaya çatdırdılar. Həkim mənə nə olduğunu soruşanda mənimlə birlikdə gələn döyüş yoldaşlarım qolumdan yaralandığımı dedilər. Mən isə əlimi sinəmin üstünə qoyub, “sinəm partlayır” deyib özümdən getmişəm. Dirsəyimdən başlayaraq sol qolumda, ürəyimin yanından keçməklə ağciyərim daxil 40 qəlpə var. Ağciyərimin içərisində hazırda 3-4 qəlpə qalır.... Gözümü açan kimi məni xəstəxanaya gətirən döyüş yoldaşım Nizaməddin gəldi. O da yaralanmışdı, güllə sağ əlindən girib biləyindən çıxmışdı. Ondan digər silahdaşlarımızı soruşduqda əvvəlcə gizlətməyə çalışsa da, israrımdan sonra mənimlə birlikdə yaralı olaraq xəstəxanaya təxliyə olunan döyüş yoldaşlarımızın şəhid olduqlarını dedi. Həkim dedi ki, mən xəstəxanaya kinetik qanaxma ilə çatdırılmışam və möcüzə nəticəsində sağ qalmışam. Sonra Bakıda çox uzun müddət müalicə aldım. Ondan sonra artıq mənim sol qolumda hərəkət məhdudiyyəti, təngnəfəslik yarandı. Buna görə də xidməti davam etdirə bilmədim və ordu sıralarından tərxis olundum".

Hər şey Vətən üçün!

Xəyyam Fərzəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən müharibəsi iştirakçısı", "Döyüşdə fərqlənməyə görə", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Xüsusi təyinatlı: Dağları aşaraq, maneələri keçərək Qubadlıya getdik VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər VİDEO

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər VİDEO

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər VİDEO

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH