“XƏZƏR–LƏNKƏRAN”-“DİNAMO” GÖRÜŞLƏRİNİN HAKİMLƏRİ MƏLUM OLMUŞDUR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, iyulun 17-də Çempionlar Liqası turnirinin birinci təsnifat mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Xəzər–Lənkəran” və “Dinamo” (Zaqreb) komandaları arasındakı görüşü İsraildən olan hakimlər briqadası idarə edəcəkdir.
Meyr Levi görüşün baş hakimi, Danni Krasikov ilə Abed Elubra yan hakimlər olacaqlar. Dördüncü (ehtiyat) hakim isə Eran Frost təyin olunmuşdur.
Xorvatiyada keçiriləcək cavab oyununu isə İspaniyadan olan hakimlər idarə edəcəklər.
Həmin qarşılaşmanın baş hakimi Bernardino Qonzales Vaskes olacaqdır. Oyunu idarə etməkdə ona Antonio Artero Qalyardo və Alfonso Qostayo Rodrigez kömək edəcəklər. Görüşün dördüncü hakimi Visente Lizondo Martins təyin olunmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var