İDMAN


“XƏZƏR-LƏNKƏRAN” - “DİNAMO” GÖRÜŞÜ HEÇ-HEÇƏ BAŞA ÇATMIŞDIR

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu “Xəzər-Lənkəran” Çempionlar Liqası turnirinin birinci təsnifat mərhələsi çərçivəsində iyulun 17-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Xorvatiyanın “Dinamo” komandasını qəbul etmişdir.

Azərbaycan futbolçuları oyunun 22-ci dəqiqəsində hesabı açmağa çox yaxın idilər. Lakin Zaur Ramazanovun zərbəsini rəqib komandanın qapıçısı ustalıqla ram edə bilmişdir. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün sonrakı dəqiqələrində də hər iki komandanın fərqlənmək imkanı olsa da birinci hissədə hesab açılmamışdır.

İkinci hissəyə komandalar fəal başladılar. Bir neçə əks hücum təşkil edən “Xəzər–Lənkəran” nəhayət, 58-ci dəqiqədə Zaur Ramazanovun qüvvətli zərbəsindən sonra hesabı açdı. Lakin cəmi beş dəqiqədən sonra qonaq komandanın oyunçusu Araujo Dos Sanros “Xəzər-Lənkəran”ın müdafiəçilərinin səhvindən yararlanaraq hesabı bərabərləşdirdi.

71–ci dəqiqədə isə rəqib oyunçuya qarşı kobudluq etdiyinə görə, “Xəzər- Lənkəran”ın kapitanı Emin Quliyev qırmızı vərəqə ilə cəzalandırılmışdır. Azlıqda qalmasına baxmayaraq, Ağasəlim Mircavadovun yetirmələri bir neçə dəfə kəskin əks-hücum yarada bildilər. Lakin rəqib komandanın qapıçısı hesabı dəyişməyə imkan vermədi.

Beləliklə “Xəzər-Lənkəran” Çempionlar Liqası turnirinin ilk oyununu heç-heçə (1:1) başa vurmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.