İDMAN


“XƏZƏR-LƏNKƏRAN” ZAQREB “DİNAMO”SUNA MƏĞLUB OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, “Xəzər-Lənkəran” futbol klubu Çempionlar liqası turnirinin birinci təsnifat mərhələsi çərçivəsində iyulun 24-də Zaqrebdə yerli “Dinamo” komandası ilə cavab görüşünü keçirmişdir.

İspaniyalı hakimlər briqadasının idarə etdiyi görüşün artıq 16-cı dəqiqəsində “Xəzər-Lənkəran”nın braziliyalı oyunçusu Juninyo komandasını hesabda irəli çıxarmışdır. Lakin, 56-cı dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirmişlər. 78-ci dəqiqədə “Xəzər-Lənkəran”nın fransalı legioneri Edmond Ntiamoah qırmızı vərəqə alaraq meydandan qovulmuşdur. Oyunun əsas vaxtında hesab dəyişməmişdir.

İlk görüşdə də 1:1 hesabı qeydə alındığından, qalibi müəyyən etmək üçün hakim oyuna 30 dəqiqə əlavə vaxt təyin etmişdir. Əlavə vaxtda 100-cü dəqiqədə Mandjukiç, 115-ci dəqiqədə isə Tadiçin vurduğu qollar sayəsində yerli komanda “Xəzər-Lənkəran” üzərində 3:1 hesabı ilə qələbə qazanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.