Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO

Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO

Bakı, 20 yanvar, Göyçək Mahmudlu, Namiq Abdullayev, AZƏRTAC

70 illik əsarətin xalqın qətiyyəti qarşısında diz çökdüyü gecədən 36 il ötdü. Milli oyanışın zirvəsi olan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə Azərbaycan xalqı bütün dünyaya azad yaşamaq istəyini ağır hərbi texnikaların qarşısında sipər olaraq canı bahasına bəyan etdi. Azadlıq yolunda geridönməz qərarların verildiyi həmin tarixin qəhrəmanları dərin hüzn, ehtiram və qürurla yad edilir.

Hava şəraitinin kəskin olmasına baxmayaraq, Şəhidlər xiyabanı hərzamankı kimi bu gün də dolub-daşır. Necə ki, o gecə hər yaşdan olan qəhrəmanlar küçələrə axışıb tankların, silahların qarşısında tərəddüd belə etmədən dayanmışdılar. Bu gün də hər yaşdan olan vətəndaşlar Şəhidlər xiyabanına gələrək şəhidlərimizin xatirəsinə ehtiramlarını ifadə edirlər. Xalqımız bir daha öz qəhrəmanlarına minnətdarlığını onların əziz xatirəsini anmaqla bildirir.

AZƏRTAC-ın müxbirləri Şəhidlər xiyabanını ziyarət edən vətəndaşlarla həmsöhbət olublar.

Hadisə vaxtı dövlət işində çalışdığını bildirən paytaxt sakini Nəbi Xəlilov o günləri belə xatırlayır: "O zaman Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsində çalışırdım. İndi həmin qurum Bakı Şəhər İcra Hakimiyyəti adlanır. Gecə qırğınlar başlayanda biz işdə idik. Bizim binanı mühasirəyə aldılar. Səhərə qədər bizi çıxmağa qoymadılar. Səhər tezdən rus əsgər və zabitləri bizi binadan çıxarıb, otaqların pəncərəsindən çölə tərəf pulemyotlar düzdülər. On gün bizi işə buraxmadılar. Biz şəhidlərin dəfn yerlərinin hazırlanmasında, qəbirlərinin qazılmasında, dəfn mərasimlərində iştirak etmişik. 36 il keçməsinə baxmayaraq, hər il gəlib onların məzarlarını ziyarət edirik. Nə qədər Azərbaycan xalqı var, şəhidlərimizin ruhu qəlbimizdə əbədi yaşayacaq. Onların igidliyi, canlarını fəda verməsi nəticəsində azadlıq toxumları səpildi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!".

20 Yanvar faciəsi zamanı şəhid olan Rövşən Rüstəmovun həyat yoldaşı Ziyafət Rüstəmova isə 36 il keçməsinə baxmayaraq, hər il bu gün havanın sözün əsl mənasında qan ağlamasına diqqət çəkib: "Hər il faciənin ildönümündə hava çox soyuq keçir, çovğun, qar, yağış olur. Bu cür hava bizə o günü yenidən xatırladır. Hər il bu gün yaramızın qanı axmağa başlayır. Mənim həyat yoldaşım Rövşən Rüstəmov indiki Heydər Əliyev prospektində 32 güllənin qurbanı olub. Maşınla sovet ordusunun hərbi qulluqçularının üstünə şığıyarkən güllələri onun üzərinə yağdırıblar. Buna baxmayaraq, o, səhərə qədər yaşadı. Doğmaları onu görəndən sonra dünyasını dəyişdi. Biz hazırda Prezident İlham Əliyevin apardığı siyasət və güclü ordumuz sayəsində Zəfər qazanmış xalqıq. Əldə etdiyimiz şanlı Qələbəyə görə qürurla danışa bilirik. Çünki azadlıq naminə canından keçən qəhrəmanların ruhuna rahatlıq vermişik. Dövlətimizlə, millətimizlə fəxr edirik. Hava şəraitinə baxmayaraq, burada hər il izdiham yaşanır. Dövlət tərəfindən xüsusi dekorasiyalar qurulur, xalq öz qəhrəmanlarını qürurla yad edir. Qadın, kişi, uşaq, yaşlı, cavan demədən vətəndaşlar xiyabanı ziyarət edirlər, Vətən fədailərinin ruhunu ehtiramla anırlar. Allah xalqımıza bir daha acı gün verməsin. Var olsun millətimiz, var olsun dövlətimiz!".

20 Yanvar hadisələrinin xalqımızın milli kimliyinin və identikliyinin qorunması, Azərbaycan xalqının azadlığı uğrunda aparılan böyük mücadilə olduğunu bildirən Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov deyib: "Ovaxtkı sovet rəhbərliyi Azərbaycan xalqına qarşı qəsdən və bilərəkdən cinayət törətməyi qarşıya məqsəd qoymuşdu. Bu, Azərbaycan xalqının milli mübarizə əzmini qırmaq cəhdi idi. Lakin 36 ildəki dövrü bir daha təhlil edəndə və xalqımızın milli azadlıq uğrunda apardığı mübarizəsini, müstəqilliyini bərpa etməsini və torpaqlarını işğaldan azad etməsini düşündükdə görürük ki, şəhidlərin qanı yerdə qalmayıb. Müzəffər Ali Baş Komandan da öz çıxışlarında dəfələrlə vurğulayıb ki, şəhidlərin qanı döyüş meydanında alınıb. Biz bilirik ki sovet hərbi kontingenti Bakıya yeridiləndə, mənfur Bakı əməliyyatını həyata keçirəndə məhz həmin qoşunların Azərbaycanda yerləşən sovet hərbi hissələrindən yox, kənardan gətirilən hərbi hissələrdən formalaşdırılması, xüsusilə də onların tərkibində erməni zabitlərinin sayının çox olması faciənin miqyasını genişləndirmək məqsədi daşıyırdı. Bütün bu hadisələrə Ümummilli Lider Heydər Əliyev tərəfindən qiymət verilib. Ulu Öndər Moskvadakı daimi nümayəndəliyə gələrək SSRİ rəhbərliyini Azərbaycan xalqına qarşı cinayət törətməkdə ittiham etmişdi. Bu, Ümummilli Liderin həyatı üçün çox cəsarətli və riskli addım idi".

Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı professor Türkiyə universitetinin rektorluğuna namizədliyini irəli sürüb

Şervin Nəcəfpur: Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm MÜSAHİBƏ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi

Salyanda qəza zamanı yük maşını iki yerə ayrılıb, ölənlər var - FOTO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 noyabr

Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib

Azərbaycançılıq ideyası xalqımızı birləşdirən ən mühüm milli dəyərdir - ŞƏRH

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO