İDMAN
“XƏZƏR-LƏNKƏRAN” KOMANDASI “BİRLİK KUBOKU” TURNİRİNİN İLK OYUNUNDA İNAMLI QƏLƏBƏ QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Xəzər–Lənkəran” futbol komandası Sankt-Peterburqda MDB və Baltikyanı ölkələrin çempionlarının qatıldığı “Birlik Kuboku” turnirinə inamlı qələbə ilə başlamışdır.
İlk turda Litva çempionu “Kaunas” klubu ilə qarşılaşan lənkəranlılar 3:0 hesabı ilə qələbə qazanmışlar. Komandamızın heyətində qolları oyunun ikinci hissəsində Ruslan Poladov, Zaur Ramazanov və klubun braziliyalı futbolçusu Diyeqo Qusmao vurmuşlar.
Azərbaycan komandasının yer aldığı qrupda Qazaxıstanın “Aktobe” klubu Tacikistan çempionu “Reqar-Tadaz” klubunun qapısından 5 cavabsız top keçirmişdir.
Azərbaycan futbolçuları növbəti görüşünü yanvarın 20-də “Reqar-Tadaz” klubuna qarşı keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]