İDMAN


“XƏZƏR-LƏNKƏRAN” “BİRLİK KUBOKU” TURNİRİNİN YARIMFİNALINA VƏSİQƏ QAZANMIŞDIR

AZƏRTAC xəbər verir ki, yanvarın 23-də “Xəzər-Lənkəran” klubu MDB və Baltikyanı ölkələri çempionlarının Sankt-Peterburqda yarışdığı “Birlik kuboku” turnirində növbəti oyununu Moldovanın “Şerif” komandasına qarşı keçirmişdir.

Oyun 2:2 hesabı ilə başa çatdığından komandaların qapısına 11 metrlik cərimə zərbələri təyin edilmişdir. Bu imkandan yaxşı yararlanan “Xəzər-Lənkəran” klubunun futbolçuları rəqib üzərində 5:3 hesabı ilə qələbə qazanmışlar. Bu qələbə Azərbaycan təmsilçisinin “Birlik kuboku” turnirində yarımfinala vəsiqə qazanmasını təmin etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.