FHN-in nümayəndəsi: Suyun çəkilməsi işləri davam etdirilir VİDEO
Bakı, 6 aprel, AZƏRTAC
Yağan intensiv yağışlar nəticəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində suyun təsirinə məruz qalmış ərazilərdən suyun çəkilməsi işləri Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in İctimaiyyətlə Əlaqə İdarəsinin əməkdaşı Pərviz Aslanov deyib.
O qeyd edib ki, ölkə ərazisində - Bakının bir sıra rayonlarında, Sumqayıtda, Abşeron və Xızı rayonları ərazisində suyun təsirinə məruz qalan ərazilərdən suyun çəkilməsi işləri aparılır: “Xızı rayonunda bəzi ərazilərdən vətəndaşların təxliyəsi də həyata keçirilib. Gecə saatlarında da nazirliyin qüvvələri tərəfindən fasiləsiz olaraq, intensiv şəkildə bu işlər davam etdirilir. Paralel olaraq da digər təhlükəsizlik tədbirləri həyata keçirilir”.