İDMAN


UEFA AVROPA LİQASINDA AZƏRBAYCANI TƏMSİL EDƏCƏK KLUBLARIN RƏQİBLƏRİ MÜƏYYƏNLƏŞMİŞDİR

Bakı, 21 iyun (AZƏRTAC). UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ”, “Xəzər-Lənkəran” və “Bakı” futbol klublarının rəqibləri məlum olmuşdur.

Birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Xəzər-Lənkəran” Moldovanın “Olimpiya”, Ağdamın “Qarabağ” klubu isə Makedoniyanın “Metallurq” klubu ilə qarşılaşacaqdır. Bu mərhələnin ilk oyunları iyulun 1-də, cavab oyunları isə iyulun 8-də keçiriləcəkdir. Püşkatmaya əsasən hər iki komandamız ilk oyuna ev sahibliyi edəcəkdir.

“Qarabağ” ilkin mərhələni keçəcəyi təqdirdə “Portadoun” (Şimali İrlandiya)–“Skonto” (Latviya) cütünün qalibi ilə qarşılaşacaqdır. “Xəzər-Lənkəran” Moldova təmsilçisinə qalib gələcəyi təqdirdə ikinci təsnifat mərhələsində Rumıniyanın “Dinamo” (Buxarest) klubu ilə görüşəcəkdir.

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Bakı” klubu isə Çernoqoriyanın “Buduçnost” klubu ilə oynayacaqdır. Bu mərhələnin ilk oyunları iyulun 15-də, cavab qarşılaşmaları isə iyulun 22-də keçiriləcəkdir. Azərbaycan kubokunun son qalibi “Bakı” klubu püşkatmaya əsasən ilk oyunu doğma meydanda keçirəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.