İDMAN


“XƏZƏR-LƏNKƏRAN” KLUBUNUN YENİ BAŞ MƏŞQÇİSİ RUMINİYALI MİRÇA REDNİK OLMUŞDUR

Bakı, 17 iyul (AZƏRTAC). Qarşıdakı iki il ərzində “Xəzər-Lənkəran” futbol klubunun əsas heyətinin baş məşqçisi rumıniyalı Mirça Rednik olacaqdır.

Mirça Rednik futbolçu karyerasını 1978-ci ildə “Korvinul-Xunedoara” klubunda başlamışdır. Bu komandanın heyətində 3 il ərzində 96 oyunda iştirak etmiş, rəqiblərin qapısına 6 qol vurmuşdur.

M.Rednik 1984-cü ildə Fransada keçirilən Avropa çempionatının 3 oyununun və 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının 4 qarşılaşmasının iştirakçısıdır.

O, 1984, 1990 və 1999-cu illərdə Rumıniya çempionu olmuş, Rumıniya kubokunun 1984, 1986, 1990 və 1998-ci illərdə və Belçika kubokunun 1993-cü ildə sahibi olmuşdur.

2000-ci ildə futbol karyerasını tamamlayan rumıniyalı mütəxəssis məşqçilik fəaliyyətinə başlamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.