73-cü Kann Festivalı 2021-ci ilə qədər təxirə salındı
Paris, 15 may, AZƏRTAC
Hər il mayın 12-də başlayan Kann Festivalı COVID-19 epidemiyasına görə iyun və iyul aylarına təxirə salınmışdı.
AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyasına görə 73-cü Kann Festivalı yenidən qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Bu haqda festivalın əsas nümayəndəsi Tyeri Fremo (Thierry Fremaux) məlumat verib.
Kann Festivalının prezidenti Pyer Lökür (Pierre Lescure) isə festivalın qeyri-müəyyən vaxta qədər təxirə salınmasını kino mütəxəssisləri, eləcə də kinosevərlər üçün ürəkdağlayıcı xəbər olduğunu bildirib.
Beləliklə, “BlacKkKlansman” filminin direktoru, eləcə də münsiflər heyətinin ilk afro-amerikalı prezidenti Spike Leenin sədrliyi ilə 73-cü Kann Festivalı 2021-ci ilə qədər təxirə salınıb.
Spike Lee bu il festivala müsabiqədən kənar göstəriləcək “Da 5 Blood” yeni filmini gətirməli idi, Paul Verhoevenin (Elle) yeni filmi “Benedetta” da 2021-ci il rəsmi seçimini gözləyəcək.
Festivalın rəsmi tam seçimi iyunun əvvəllərində elan ediləcək, ancaq nə münsiflər heyəti, nə də mükafatlandırma olmayacaq. Bu il festival üçün seçimə 1500 film təqdim olunduğu bildirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]