Azərbaycan Dövlət İnformasiya Agentliyi

8 Noyabr - yeni dövrün başlanğıcı

8 Noyabr - yeni dövrün başlanğıcı

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-nin respublikamızda Zəfər Günü kimi təsis edilməsi ölkəmizin həyatında yeni mərhələnin, inkişafa, intibaha, aydın sabahlara aparan böyük yolun, yeni dövrün başlanğıcıdır. Birinci Qarabağ müharibəsindəki ərazi itkilərindən keçən müddət ərzində xalqımız hər an tarixi Zəfərin arzusu ilə yaşayır, Zəfər müjdəsini gözləyirdi. Bu gün böyük qürur və fəxr hissi ilə söyləyirik ki, möhkəm təməlləri xalqımızın xilaskarı, ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi. Qüdrətli dövlətimiz, müzəffər xalqımız tariximizin heç bir mərhələsində görünməyən uğura imza atdı. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində ötən ilin 27 sentyabrından zəfər salnaməmizin ən şanlı, parlaq səhifələri yazıldı.

Bu fikirlər Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin “8 Noyabr - yeni dövrün başlanğıcı” məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

2020-ci il sentyabrın 27-də mənfur düşmənin növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-hücum əməliyyatları başladı. Dünya hərb tarixinə parlaq hərflərlə yazılan, haqqında əsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından Müzəffər Ali Baş Komandanın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı. Düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Rəşadətli Azərbaycan Ordusu döyüşlərin başladığı ilk gündə Füzulidə, Cəbrayılda, Murov zirvəsində, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabrın 8-də Şuşanın azad olunması ilə düşmən ağır məğlubiyyətə uğradı və onun kapitulyasiya aktını imzalamaqdan başqa çarəsi qalmadı. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu. BMT-nin qəbul etdiyi, illərlə kağız üzərində qalan qətnamələr Müzəffər Ali Baş Komandanımız və şanlı Ordumuz tərəfindən döyüş meydanında icra olundu, müharibə ölkəmizin parlaq Qələbəsi ilə başa çatdı. Prezident İlham Əliyev müqəddəs Ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqımızın ən böyük taleyüklü məsələsini birdəfəlik həll etdi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi yalnız döyüş meydanında getmədi. Bu müddət ərzində Prezident İlham Əliyev diplomatiya cəbhəsində də mübarizə apardı, ölkəmizə olan təzyiqlərə, təsirlərə qarşı özünün siyasi iradəsini, əzmkarlığını nümayiş etdirdi. Qarabağ münaqişəsinin yalnız Azərbaycan xalqının maraqları çərçivəsində həll oluna biləcəyini bütün dünyaya bəyan etdi. Prezidentimizin ardıcıl, məqsədöyünlü siyasəti sayəsində qardaş Türkiyə başda olmaqla dost və tərəfdaş ölkələrin siyasi və mənəvi dəstəyi Azərbaycanın diplomatik uğurlarını, siyasi mövqeyini daha da möhkəmləndiridi. Məhz bu hərbi-siyasi mübarizənin nəticəsində regionda yeni düzən, reallıqlar və fərqli geostrateji şərait yarandı.

Eyni zamanda, qeyd etmək vacibdir ki, 44 gün ərzində informasiya cəbhəsində də mübarizə aparan Prezidentimiz xalqımızın haqlı mövqeyini bütün dünyaya çatdırdı. Dünyanın 30-dan çox aparıcı kütləvi informasiya vasitəsinin nümayəndələrinə verdiyi müsahibələrində ölkə başçısı ona ünvanlanan və bir çox hallarda qərəzli, təxribatçı məqsəd daşıyan suallara təmkinlə, səbirlə, yüksək intellektual məntiqlə cavab verdi, gətirdiyi əks arqumentlərlə, dəlil və sübutlarla Azərbaycanın haqlı mövqeyini məharətlə ifadə etdi.

Vətən müharibəsindən qalib çıxan dövlətimiz regionda əbədi sülhü qazanmaq üçün səylərini bu gün uğurla davam etdirir. Özünün konstruktiv, ədalətli mövqeyini müxtəlif formatlı danışıqlar masasında və diplomatik gedişlərdə ən yüksək səviyyədə göstərir. Əminliklə söyləyirik ki, tarixi Zəfərdən sonra qalib ölkə kimi Azərbaycanın bölgədə rolu və çəkisi, dünyada nüfuzu daha da artıb, ölkəmiz artıq sözün bütün mənalarında söz sahibinə çevrilib. Artıq dünyanın güc mərkəzləri, siyasi çevrələr birmənalı şəkildə Azərbaycanla hesablaşır, onun qalib ölkə kimi danışıqlar masasında diktə etdiyi şərtlərlə birmənalı olaraq razılaşır.

Vətən müharibəsi günlərində olduğu kimi tarixi Zəfərdən sonra əldə edilmiş diplomatik uğurların, azad edilmiş ərazilərdə həyata keçirilən möhtəşəm layihələrin, aparılan bərpa-quruculuq işlərinin sayəsində bu günlər hər birimiz tarixi anlar yaşayırıq. Azərbaycanda demək olar elə bir gün yoxdur ki, hansısa əlamətdar bir hadisənin, tarixi bir məqamın şahidi olmayaq. Qələbədən sonra ölkəmiz hər gün daha da qüdrətlənir, hər gün tariximizə ilklər yazılır. Bütün bunlar bizim hər birimizin qəlbini qürur və fərəh hissi ilə doldurur. Ötən ilin dekabr ayının 10-da Azadlıq meydanında keçirilən və tariximizə ilk Zəfər Paradı kimi düşən şanlı gün yaddaşımıza əbədi həkk olundu. Zəfər Paradı qalib Azərbaycanın qüdrətini, gücünü bir daha bütün dünyaya nümayiş etdirdi.

Tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının uğurları, qələbələri davam edir. Bu sahədə əldə etdiyimiz ən böyük nailiyyət, heç şübhəsiz, Azərbaycanla qardaş Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsidir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik!” kəlamlarının qüdrəti ilə günbəgün inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri bu sənədlə özünün ən ali zirvəsinə çatdı.

15 iyun 2021-ci ildə - müasir Azərbaycanın tarixində xüsusi önəm və rəmzi məna daşıyan Milli Qurtuluş Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada imzaladığı tarixi sənəd 44 günlük Vətən müharibəsindən qalib çıxan ölkəmizin mövqelərini daha da möhkəmləndirir, beynəlxalq aləmdə, diplomatiya cəbhəsində dövlətimizin manevr imkanlarını, nüfuzunu və çəkisini artırır. Şuşa Bəyannaməsinin ardınca Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün keçirilməsi və görüşün nəticəsi kimi Bakı Bəyannaməsinin imzalanması da diplomatik uğurlarımızın davamı kimi olduqca əhəmiyyətlidir. Bütün bu uğurların nəticəsidir ki, 44 günlük Vətən müharibəsi dövründə erməni ordusundakı fərarilik artıq erməni cəmiyyətinə də sirayət edib. Əgər müharibə dövründə erməni quldur dəstələri silahlarını səngərdə ataraq döyüş meydanından qorxaqcasına qaçırdılarsa, bu gün erməni vətəndaşları ilk fürsətdə fərari kimi məğlub və Prezidentimizin söylədiyi kimi Azərbaycanın dalana çevirdiyi Ermənistanı tərk etməyə hazırlaşırlar.

Bu günlər azad Qarabağımızda geniş vüsət alan böyük quruculuq işlərinə şahidlik edirik. Prezident İlham Əliyevin misilsiz fəaliyyəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə yeni yollar salınır, körpülər tikilir, su elektrik stansiyaları istifadəyə verilir. Beynəlxalq hava limanlarının açılışı keçirilir, yeni yaşayış binalarının təməlləri qoyulur və saymaqla bitməyən nəhayətsiz, miqyası heç bir ölçüyə gəlməyən nəhəng layihələr gerçəkləşdirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərdən sonra azad edilmiş ərazilərə səfərləri, Qarabağın bərpası layihəsinin uğurla həyata keçirilməsi zəfər ovqatlı xalqımızın gələcəyə olan inamını daha da artırır. Ağdam və Şuşa şəhərlərinin baş planlarının təsdiq edilməsi və ictimaiyyətə təqdimi, yeni şəhər, qəsəbə və kəndlərin, çoxmənzilli yaşayış məhəllələrinin təməlqoyma mərasimlərinin keçirilməsi keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına əbədi qayıdışını günbəgün yaxınlaşdırır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Qarabağda dini abidələrimizin, məscidlərimizin bərpası, yeni məscidlərin təməlinin qoyulması, möhtərəm Prezidentimizin mədəniyyət paytaxtımız elan etdiyi Şuşada “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi xalqımızı tərəfindən böyük rəğbətlə qarşılanır. Əminik ki, Vaqif Poeziya Günləri çağdaş ədəbiyyatımıza təkan verəcək, qələbə ruhlu əsərlərin, eyni zamanda, müharibənin ağır nəticələrini, faciələrini əks etdirən bədii ədəbiyyat nümunələrinin yaranması üçün stimul rolunu oynayacaq.

Cəmi bir neçə gün əvvəl Prezident İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarabağda tariximizin yeni - parlaq səhifələri yazıldı. Prezidentimizin misilsiz fəaliyyəti nəticəsində ən qısa vaxt ərzində işğaldan azad edilmiş Füzulidə ərsəyə gələn - dünya standartlarına uyğun Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma mərasimi həyata keçirildi. Bununla Azərbaycan dövləti Prezidentimizin sayəsində daha bir ilkə imza atdı. Hər iki dövlət başçısı tərəfindən Füzuli Beynəlxalq Hava Limanının açılışı, Zəngəzur dəhlizinin əsasının qoyulması, Zəngilanda “Ağıllı kənd” layihəsinin icrası, yeni müəssisələrin təməlinin qoyulması, prezidentlərin Zəngilanda birgə bəyanatı və saymaqla bitməyən misilsiz işlər zəfər ovqatlı müzəffər xalqımızı daha da ruhlandırır. Həmçinin bütün bunlar, dövlət başçımızın azad edilmiş ərazilərdən verdiyi mühüm mesajlar, səsləndirdiyi bəyanatlar xalqımızı, dostlarımızı hədsiz dərəcədə sevindirir, düşmənlərimizi isə məyus edir.

Prezident İlham Əliyev tərəfindən çox qısa zaman ərzində gerçəkləşdirilən bu layihələr həqiqətən də müasir dünyada heç bir siyasətçinin, dövlət başçısının edə bilməyəcəyi nəhayətsiz işlərdir. Bu günlərdə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında Prezident İlham Əliyevin Qarabağdakı quruculuq işlərindəki misilsiz xidmətlərinə yüksək dəyər verərək tarixi bir kəlam söylədi: “Bu, hər igidin, hər siyasətçinin işi deyil”! Bu gün hər bir azərbaycanlı ürəyimizcə olan bu tarixi kəlamın altından ürəklə öz imzasını atır, Prezidentimizlə qürur duyur, müdrik rəhbərimizə öz dəstəyini, sonsuz inam və etimadını hər an yüksək səslə bəyan edir.

Azad edilmiş ərazilərdəki bərpa-quruculuq yalnız təmir-tikinti işləri ilə məhdudlaşmaması qürurverici haldır. Prezidentimiz azad edilmiş ərazilərimizdə elmi, mədəni, mənəvi mühitin bərpası üçün də böyük səylər göstərir, xüsusilə tariximizin düzgün yazılması, toponimlərimizin bərpası üçün öz tapşırıq və tövsiyələrini verir. Bu ilin oktyabr ayının 10-da dövlətimizin başçısı işğaldan azad edilmiş Xocavənddə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu məsələyə xüsusi diqqət ayırdı: “Bilməyənlər üçün deyə bilərəm ki, Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu, tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar”. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu kimi məsələlərə həssas münasibəti bizim hər birimizin qarşısında böyük vəzifələr qoyur.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandırdığı, hər zaman məzunu olması ilə fəxr etdiyini ifadə edərək yüksək dəyər verdiyi Bakı Dövlət Universitetinin kollektivi də 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərdi. Vətən müharibəsində universitetin 19 məzunu və tələbəsi şəhidlik zirvəsinə ucaldı. Müharibənin getdiyi taleyüklü günlərdə BDU kollektivi informasiya müharibəsinə də öz töhfələrini verdi. Artıq tarixə çevrilən Qarabağ münaqişəsinin başvermə səbəbləri, müharibə və postmüharibə dövründəki ictimai-siyasi proseslər, Azərbaycan dövlətinin apardığı diplomatik mübarizə və bu kimi digər məsələlər elmi araşdırmaların, tədqiqat işlərinin mövzusu kimi diqqəti cəlb edir, bu istiqamətdə ciddi elmi araşdırmaların aparılmasını qarşımıza şərt kimi qoyur. Bu mövzularda tədqiqat işlərinin aparılması, həqiqətlərin, reallıqların, hadisələrin əsl mahiyyətinin elmi müstəviyə gətirilməsi və dünya ictimaiyyətinə, xalqımıza, eləcə də gələcək nəsillərə dolğun, real faktlara, etibarlı mənbələrə söykənən məlumatlar əsasında təqdim olunması günümüzün ən vacib məsələləri sırasındadır. Bu mənada Azərbaycanın ilk və ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin alimlərinin üzərinə daha böyük məsuliyyət düşür. Əminik ki, universitetin professor-müəllim heyəti, gənc tədqiqatçılar bu prosesə özlərinin araşdırmaları, konfrans və simpoziumlardakı çıxışları ilə töhfələrini verəcək. Nüfuzlu elmi jurnallarda bu barədə elmi məqalələr dərc etdirəcək, monoqrafiyalar, dərslik və dərs vəsaitləri hazırlayacaq.

Artıq bu istiqamətdə əldə etdiyimiz mühüm nəticələr də var. Müharibədən sonra universitetin artıq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış iki akademik layihəsi - “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair beynəlxalq kompleks Hesabat” və “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihələri uğurla həyata keçirilib. Bundan əlavə universitetin əməkdaşları, məzun və tələbələri mətbuat səhifələrində öz sanballı yazıları ilə çıxış edir, tarixi Zəfərimizə həsr olunan kitablar ərsəyə gətirirlər.

Dövlətimizin, xalqımızın həyatında yeni bir mərhələ başlayıb. Obrazlı ifadə etsək, bu dövr Azərbaycan tarixinin qızıl dövrüdür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə söyləmişdir: “Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması - Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Rəşadətli Ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionumuzda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır”.

Qoy Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qızıl hərflərlə yazdığı yeni tariximiz uğurlu olsun, xalqımızın, dövlətimizin həyatında yeni dövrün başlanğıcı xeyirli olsun. Allah bu günləri - parlaq Qələbəmizi, tarixi Zəfərimizi bizə bəxş etmiş Müzəffər Ali Baş Komandanımızı, müzəffər Ordumuzu, müzəffər xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq nəsib etsin. Tarixi Zəfərimiz, parlaq Qələbəmiz, şanlı bayramımız mübarək olsun. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastları Dünya Kubokunda növbəti qızıl medalı qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Parisdə iğtişaşlar yenidən alovlanıb

Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

Bu saata olan əsas xəbərlər

Donald Tramp: Fransa yanır, immiqrasiya ölkəni dağıdır

Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram

Fransa Hesablama Palatasının sədri: Dövlət borcu ölkəni maliyyə tələsinə düşməklə təhdid edir

“Reuters”: ABŞ mühüm kəşfiyyat məlumatlarının Ukraynaya verilməsini davam etdirir

Tramp Netanyahuya növbəti seçkilərdə tam dəstəyini elan edib

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib

Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün IV jurnalistika kursu fəaliyyətə başlayıb

Naxçıvanda avtomobil piyadanı vurub

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanın müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq