9 may-Qələbə Günü Gəncədə təntənə ilə qeyd edilmişdir
Gəncə, 10 may (AZƏRTAC). 9 May-faşizm üzərində qələbənin 66-cı ildönümü Gəncədə təntənə ilə qeyd edilmişdir. Həmin gün Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı qarşısına toplaşmış minlərlə şəhər sakini, veteranlar, ziyalılar və məktəblilər məzarı ziyarət edərək o qanlı-qadalı illərdə qələbəmizi öz qanları bahasına qazanmış mərd oğul və qızlarımızı hörmətlə yad etmişlər.
Dövlət himni səsləndirildikdən sonra Böyük Vətən Müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra şəhərin icra strukturlarının, idarə və müəssisələrin, eləcə də ali və orta ixtisas məktəblərinin kollektivləri qəhrəmanın qəbrini ziyarət edərək üzərinə gül dəstələri qoymuşlar. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müharibə iştirakçıları ilə görüşüb söhbət etmiş, onlarla xatirə şəkli çəkdirmişdir. Məlumat verilmişdir ki, Böyük Vətən Müharibəsində cəbhələrdə 17 min 584 nəfər gəncəli döyüşmüş, onlardan 6 nəfəri Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Qafqazdan Berlinədək döyüş yolu keçmiş bu insanlar dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunmuşlar.
Sinəsini müxtəlif orden və medallar bəzəyən müharibə veteranları onlara göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıq etmişlər. Bayram şənliyi bütün gün davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]