ELM VƏ TƏHSİL


ADA Məktəbinin şagirdləri 20 Yanvar şəhidlərinin xatirəsini anıblar VİDEO

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də ADA Məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən məktəbin tarix müəllimləri - Rüfət Rizayev və Ceyhun Rzayev Qanlı Yanvar hadisələri zamanı şahidi olduqları hadisələrdən danışıb, xalqımız üçün həm kədər, həm də qürur doğuran bu faciənin unudulmaması üçün gənclərə tövsiyələrini veriblər.

Qeyd olunub ki, 20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir. Keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi tariximizə qürur, qəhrəmanlıq günü kimi yazılıb.

ADA Universitetin prorektoru Vəfa Kazdal 20 Yanvar faciəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib, bu hadisələrin unudulmadığını, günahsız insanların əziz xatirəsinin xalqımız tərəfindən hər zaman yaşadılacağını bildirib.

Tədbirdən sonra Şəhidlər xiyabanına gələn ADA Məktəbinin şagirdləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qeyd edək ki, anım mərasiminin davamı kimi ADA Məktəbinin şagirdləri yanvarın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə nümayiş etdiriləcək "Qarabağnamə" tamaşasına baxacaqlar.

Xatırladaq ki, ADA Məktəbi 2019-cu ildən fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının tam orta təhsil standartlarına və ADA Universitetinin təcrübəsinə əsaslanaraq yaranan ADA Məktəbi şagirdlərdə bilik, səriştə və dəyərlərin formalaşmasını təmin edir. Hazırda məktəbin X və XI siniflərində 240 şagird təhsil alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.