ASTARALI VETERANLAR GÖRÜLƏNİŞLƏRİ MÜZAKİRƏ ETMİŞLƏR
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda rayon veteranlar şurasının sədri Dadaş Hüseynov təşkilatın gördüyü işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Toplantıda yaşlı nəslin nümayəndələrinin rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəallıq göstərmələri qeyd olunmaqla, mövcud problemlər və onların aradan qaldırılması yolları ətraflı müzakirə edilmişdir.
Konfransda təşkilati məsələyə baxılmış, Dadaş Hüseynov yenidən rayon veteranlar şurasının sədri seçilmişdir.