CƏMİYYƏT


Əsirlikdə olan hərbçi: Erməni həkimlərin bizə verdiyi işgəncələri heç vaxt unutmayacağam VİDEO

Bakı, 5 yanvar, AZƏRTAC

Bizi düşmən əsirliyindən azad etdiyi və Vətənə qaytardığı üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm. Döyüşlərə könüllü olaraq qatılmışdım. Ermənilər tərəfindən əsir götürüldükdən sonra bizə amansız işgəncələr verirdilər. Amma ən dəhşətlisi həkimlərin verdiyi işgəncələr idi. Erməni həkimlərin bizə etdiyi hərəkətləri heç vaxt unutmayacağam. Həkimlər qolumu yandıraraq mənə işgəncə verirdilər.

AZƏRTAC xəbər verir ki, bunu erməni əsirliyində olmuş hərbi qulluqçumuz Anar Əliyev yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında bildirib.

Ermənilərin əsir düşmüş hərbçilərimizə mənəvi işgəncələr də verdiklərini vurğulayan A.Əliyev bunun onları ruhdan salmadığını bildirib: “Məni İrəvanda 12 gün həbsxanada saxladılar. Yatanda gəlib bizi döyürdülər. Gün ərzində cəmi bir saat, o da ayaq üstə yata bilirdik. Dekabrın 14-də bizi həbsxanadan çıxardılar və haraya apardıqlarını demədilər. Təyyarədə bildik ki, Bakıya gətirilirik. Şahbaz Quliyevin və Dilqəm Əsgərovun da adının siyahıda olduğunu öyrənəndə çox sevindik. Onların altı ildə orada çəkdiyi işgəncələri biz hələ görməmişdik. Buna görə də çox sevinirdik. Biz Prezidentimizin qətiyyəti nəticəsində əsirlikdən azad edildik. Hər birimiz dövlətimizin başçısına ürəkdən minnətdarıq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.