REGİONLAR


Azərbaycan Texnologiya Universitetində TGT sədri mükafatlandırılıb

Gəncə, 7 fevral, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov “İlin TGT sədri” adını qazanan UTECA-nın Qida mühəndisliyi fakültəsinin istehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə 4-cü kurs tələbəsi Nicat Nağıyevi mükafatlandırıb.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, mükafatlandırma zamanı rektor gələcəyin texnoloqunu “İlin TGT sədri” adını qazanması münasibətilə təbrik edib. Nicat Nağıyevə vəzifəsində və təhsilində yeni-yeni uğurlar arzu edən rektor Tələbə Gənclər Təşkilatının bundan sonrakı fəaliyyətinə dair məsləhət və tövsiyələrini verib.

Qeyd edək ki, Nicat 2 ilə yaxındır Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədridir. Bir neçə gün əvvəl Gənclər Fondunun dəstəyi ilə keçirilən, Azərbaycan Gəncləri Gününə həsr olunmuş “I strateji planlaşdırma forumu” çərçivəsində “İlin TGT sədri” adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.