İDMAN


Azərbaycan cüdoçusu Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, Olimpiadanın cüdo yarışlarında 66 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz Vüqar Talıbov ilk görüşündə yəmənli Əhəd Əl-Saqheeraya qalib gəlib. Tacikistanlı Camşed Sulaimoni və Antonio Tornalanı (Dominikan Respublikası) məğlub edən cüdoçumuz finala yüksəlib. Qızıl medal uğrunda görüşdə rusiyalı Abrek Naquçevə qalib gələn V.Talıbov Olimpiya çempionu olub.

Qeyd edək ki, Olimpiadada 206 ölkədən 4 mindən artıq idmançı iştirak edir. Kosovo və Cənubi Sudan ilk dəfədir ki Oyunlara qatılır. Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunur. İdmançılarımız gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis idman növlərində mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.