Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Bakı, 18 sentyabr, AZƏRTAC
Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpası həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə istirahət günlərindən istifadə olunmaqla ərazidə intensiv işlər aparılacaq.
Bununla əlaqədar sentyabrın 18-i saat 23:00-dan sentyabrın 20-si saat 02:00-dək Nəsimi rayonunda Ceyhun Hacıbəyli küçəsinin Ənvər Qasımzadə küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və ərazidə aparılan təmir-bərpa işlərinə anlayışla yanaşmaları xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [20:45]
® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı
- 18.09.2026 [19:39]
“Azərkosmos”da ISO standartları üzrə kənar audit uğurla tamamlanıb
- 18.09.2026 [18:46]
® KOICA-nın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vurulub
- 18.09.2026 [18:36]