Tarixçi: Albaniya ərazisində ərəb işğalı ərəfəsində müxtəlif dini inanclar mövcud olub
Bakı, 18 sentyabr, AZƏRTAC
Movses Xorenatsinin dediyinə görə, bu ərazidə nə olubsa, hamısı albanlara aiddir. Tədqiqat zamanı çoxlu sübutlar tapmışam ki, Albaniya tam şəkildə xristian dövləti deyildi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, görkəmli ictimai və siyasi xadim Həsən Həsənov “Qafqaz Albaniyası haqqında Həsən Həsənovun Azərbaycan - tarixi- coğrafi atlas"ından çıxarışlar mövzusunda keçirilən seminarda çıxışı zamanı söyləyib.
"Musa Kalankatlı göstərir ki, Albaniyada türklərin tanrıçılıq dini var idi. Türklərin tanrılarının adlarını sadalayır. Deməli, ərəblər gələndə Albaniya üç dinə mənsub idi: xristianlıq, Tanrıçılıq və yəhudilik.
Ona görə də Ermənistan xristianlığını ərəblərdən sonra da saxladı, gürcülər də xristianlığı ərəblərdən sonra saxladılar. Azərbaycanda isə hər üç dini qəbul edənlər oldu",- deyə Həsənov əlavə edib
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [16:46]
Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb
- 18.09.2026 [10:18]