“PAŞA Bank” Naxçıvanda inşa olunan “Şəms-1” Günəş Elektrik Stansiyasına maliyyə vəsaiti ayırıb
Bakı, 18 sentyabr, AZƏRTAC
"PAŞA Bank” Naxçıvanda inşa olunan “Şəms-1” Günəş Elektrik Stansiyası layihəsinin maliyyələşdirilməsinə 8,5 milyon manat ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
“Layihə çərçivəsində Naxçıvanda 25 MVt gücündə Günəş elektrik stansiyasının yaradılması nəzərdə tutulur. Bank yaşıl iqtisadiyyatın və bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsini strateji istiqamətlərindən biri hesab edir”, - deyə Bəhruz Nağıyev vurğulayıb.
"PAŞA Bank"ın oktyabrda səhmdarlarına təkrar dividend ödənişi həyata keçirməyi planlaşdırdığını deyən bankın İdarə Heyətinin üzvü Murad Süleymanov isə kapitallaşma və adekvatlıq göstəricilərinin requlyativ tələbləri əhəmiyyətli dərəcədə üstələdiyini sözlərinə əlavə edib: “Kapitalizasiya və dividend siyasətinə əsasən, təxminən minimum - 30-40 faiz intervalında dividend ödəmək imkanımız var. “PAŞA Bank” tarixində ilk dəfə kapitalın həcmi 1 milyard manatı ötüb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [20:45]
® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı
- 18.09.2026 [19:39]
“Azərkosmos”da ISO standartları üzrə kənar audit uğurla tamamlanıb
- 18.09.2026 [18:46]
® KOICA-nın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vurulub
- 18.09.2026 [18:36]