Çexiyanın sənaye və ticarət naziri Avropada yeni enerji böhranı barədə xəbərdarlıq edib
Praqa, 18 sentyabr, AZƏRTAC
Avropa yeni enerji böhranı mərhələsinə daxil olur və Çexiya da bundan təsirlənə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Çexiyanın sənaye və ticarət naziri Karel Qavliçek Praqada keçirilən enerji sammitində deyib. Nazir bildirib ki, enerji bazarlarında qiymətlərin artması yaxın aylarda istehlakçılara da təsir göstərə bilər. Onun sözlərinə görə, Çexiya Avropa İttifaqında enerji qiymətlərinin sabitləşdirilməsi üçün tərəfdaşlar axtarır. Qavliçek xüsusilə emissiya kvotaları sisteminə dəyişiklik edilməsinin vacibliyini vurğulayıb. O, 2028-ci ildən nəqliyyat və binaların istilik təchizatını əhatə etməsi planlaşdırılan ETS 2 sisteminin təxirə salınmasını təklif edib. Nazir, həmçinin bəzi sənaye sahələri üçün mövcud ETS 1 sisteminin məhdudlaşdırılmasını istəyir. Qavliçek Avropada enerji qiymətlərinin digər regionlarla müqayisədə yüksək olduğunu qeyd edib. Onun fikrincə, qazın elektrik enerjisinin qiymətinin formalaşmasında mühüm rol oynaması bu vəziyyətə təsir göstərir. O, Avropanın enerji asılılığını azaltmaq üçün yeni mənbələr yaratmasının vacibliyini də bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]
Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib
- 18.09.2026 [13:39]