Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
Praqa, 18 sentyabr, AZƏRTAC
Çexiyada keçmiş sənaye və hərbi ərazilərin ekoloji təmizlənməsi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Çexiya ərazisində sənaye fəaliyyəti və hərbi obyektlərdən qalan çirklənmiş torpaqların bərpası üzrə işlər aparılır. Ölkənin Ətraf Mühit Nazirliyinin məlumatına görə, çirklənmiş ərazilərin qeydiyyat sistemindəki 7071 obyekt ekoloji araşdırma tələb edir. Onlardan təxminən 490-ı yüksəkriskli “A” kateqoriyasına daxildir və ya artıq rekultivasiya olunur, ya da təmizlənmə növbəsindədir.
Problem, əsasən, 1989-cu ildən əvvəlki dövrdən qalan ekoloji irslə bağlıdır. Mütəxəssislərin sözlərinə görə, ərazilərdə xlorlu həlledicilər, neft məhsulları və ağır metallar aşkar edilir. Cənubdakı Şumava Milli Parkında keçmiş hərbi zonada 1000 ton çirklənmiş torpaq və təhlükəli kimyəvi maddələrlə dolu 200 çəllək aşkarlanması da problemin miqyasını göstərir. Çexiyada bəzi ərazilərin təmizlənməsi onilliklər çəkir. Buna baxmayaraq, dövlət sistemi vasitəsilə monitorinq, bərpa və rekultivasiya tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]
Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir
- 18.09.2026 [13:55]
Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib
- 18.09.2026 [13:39]
İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb
- 18.09.2026 [13:09]