Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk və İslam dünyasının Bakıda birləşən gündəliyi: Prezidentdən mühüm mesajlar - ŞƏRH

Türk və İslam dünyasının Bakıda birləşən gündəliyi: Prezidentdən mühüm mesajlar -  ŞƏRH

Bakı, 18 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdəki çıxışının mühüm məqamlarından biri Türk dünyası ilə Qafqazın tarixi və coğrafi əlaqələrinin xüsusi şəkildə qabardılmasıdır. Bakıdakı tədbirdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderləri ilə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazdan nümayəndələrin iştirak etməsi bu platformanın yalnız dini deyil, eyni zamanda, mədəni və regional əməkdaşlıq baxımından əhəmiyyətini artırır. Prezidentin Azərbaycanı həm Türk dünyasının, həm də Qafqazın bir hissəsi kimi təqdim etməsi ölkənin iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyinə diqqət yönəldir. Seyid Yəhya Bakuvi ilə bağlı beynəlxalq konfransın dini liderlərin toplantısı ilə eyni vaxtda keçirilməsi də çıxışda təsadüfi hal kimi deyil, Azərbaycanın tarixi-mədəni irsinin İslam dünyası ilə əlaqələndirilməsi baxımından təqdim olunur. Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin xatırlanması Azərbaycanın öz mədəni irsini daha geniş İslam və Türk dünyasının tarixi kontekstində təqdim etmək niyyətini göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.

O bildirib ki, çıxışın digər mühüm xətti İslam həmrəyliyidir. Burada həmrəylik yalnız siyasi bəyanat səviyyəsində deyil, müxtəlif ölkələrin dini liderlərinin bir araya gətirilməsi, beynəlxalq tədbirlərin keçirilməsi və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq kimi praktiki fəaliyyətlərlə əlaqələndirilir. 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının xatırlanması da bu yanaşmanın nümunəsi kimi təqdim edilir.

“Çıxışın ən geniş hissəsi Qarabağ məsələsinə həsr olunub. Prezident burada 30 illik işğal dövrünün nəticələrini, məcburi köçkünlük problemini, dağıntıları və dini-mədəni irsə dəymiş zərəri diqqətə çatdırır. Bu mövzunun məhz müxtəlif ölkələrdən gəlmiş dini liderlərin qarşısında səsləndirilməsi Azərbaycanın Qarabağla bağlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından ayrıca əhəmiyyət daşıyır. Eyni zamanda, çıxış yalnız dağıntıların təsviri ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və məskunlaşdırma işləri də ön plana çəkilir. Ağdam məscidinin bərpa prosesində ilk obyektlərdən biri kimi təqdim edilməsi və digər məscidlərin yenidən qurulmasının qeyd olunması dini-mədəni irsin bərpasının ümumi quruculuq siyasətinin tərkib hissəsi olduğunu göstərir. “Böyük Qayıdış” Proqramının qeyd edilməsi isə postmünaqişə siyasətinin əsas istiqamətlərindən birinin keçmiş məcburi köçkünlərin doğma yaşayış yerlərinə qayıdışının təmin edilməsi olduğunu göstərir.

Çıxışın diqqətçəkən tərəflərindən biri də müharibə ilə sülh arasında qurulan əlaqədir. Prezident 2020-ci il müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin seçildiyini vurğulayır. Burada əsas arqument ondan ibarətdir ki, hərbi nəticədən sonra siyasi gündəliyin sülh istiqamətinə yönəldilməsi regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından vacibdir. Eyni zamanda, çıxışda münaqişə nəticəsində yaranmış tarixi yaddaşın qorunmasının vacibliyi də xüsusi vurğulanır. Beləliklə, sülh çağırışı ilə tarixi hadisələrin yaddaşda saxlanılması arasında paralel xətt yaradılır”, - deyə K.Əliyeva vurğulayıb.

Professor əlavə edib ki, dövlətimizin başçısının görüşdəki çıxışı ölkəmizə qarşı daim qərəzli mövqedə dayanan qüvvələrin açıq şəkildə ifşa olunması baxımından da əhəmiyyətlidir. Belə dairələrdən biri də Avropa Parlamentidir. Bu qurumun ayrı-ayrı nümayəndələri uzun müddətdir ki, müxtəlif korrupsiya və rüşvət iddiaları fonunda, anti-Azərbaycan qüvvələrinin təsiri və təklifləri müqabilində ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirirlər. Avropa Şurası çərçivəsində Ermənistana qarşı hər hansı sanksiyanın tətbiq edilməməsi, əvəzində isə Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağ üzərində öz suverenliyini bərpa etdikdən və separatçı qüvvələrin fəaliyyətinə son qoyduqdan sonra ölkəmizə qarşı sanksiya xarakterli addımların gündəmə gətirilməsi onların yanaşmasının mahiyyəti ilə bağlı ciddi suallar doğurur. Bu addımlar göstərir ki, həmin qurumlarda qəbul edilən qərarlar heç də hər zaman yalnız hüquqi və obyektiv meyarlarla ölçülmür. Burada müəyyən siyasi və digər maraqların, eləcə də reallıqlardan uzaq, qərəzli yanaşmaların təsiri barədə fikirlər səsləndirilir. Avropa Parlamentinin vitse-prezidentinin evindən külli miqdarda pul vəsaitinin aşkar edilməsi, bu məsələ ilə bağlı araşdırmaların aparılması və sonrakı proses ətrafında yaranan mübahisələr də Avropa Parlamentində korrupsiya ilə bağlı ciddi sualların mövcud olduğunu göstərən faktorlardan biri kimi qiymətləndirilir. Eyni zamanda, islamofob və anti-Azərbaycan dairələrinin mövqeyi də bu qurumun ayrı-ayrı qərar və yanaşmalarına münasibətdə ciddi tənqidlərə səbəb olan amillər sırasındadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir

Ermənistanda mövcud reallıqları qəbul etmək istəməyən qüvvələr hələ də var - ŞƏRH

Müasir çağırışlar fonunda dövlət, media və vətəndaş cəmiyyəti arasında əməkdaşlıqla bağlı təkliflər nəzərdən keçirilib

Professor Zümrüd Dadaşzadə: Üzeyir Hacıbəyli bizim bütün varlığımızdır

Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunmuş sərgi açılıb

Britaniyanın “İtalyan kəndi” – AZƏRTAC-ın müxbiri Uelsdən yazır

“Turan Tovuz” – “Fənərbağça” oyununun biletləri gələn həftə satışa çıxarılacaq

Ülkər Talıbzadə: Üzeyir Hacıbəylinin zəngin irsi hələ tam araşdırılmayıb

Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları - ŞƏRH

Ağır vəziyyətdə xəstəxanaya daxil olan körpə həyata qaytarılıb VİDEO

Ağır vəziyyətdə xəstəxanaya daxil olan körpə həyata qaytarılıb VİDEO

Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb

Ermənistan cəmiyyətində regiondakı yeni reallıqların dərki ilə bağlı hələ də ciddi problemlər mövcuddur - RƏY

Rusiyanın “Orfey” radiosu efirini Üzeyir Hacıbəylinin irsinə həsr edib

Azərbaycan ərazisindəki tarixi və dini abidələrin mübahisələndirilməsi cəhdləri absurddur – ŞƏRH

Dahi bəstəkarın doğum günündə musiqi bayramı – Üzeyir Hacıbəylinin irsi yaşadılır

Nadir Məmmədli: Şəxs adları xalqın dilini, tarixini və milli-mədəni yaddaşını əks etdirir

Naxçıvanda 17 qadın sahibkarın layihəsinə 700 min manata yaxın güzəştli kredit ayrılıb

Türk və İslam dünyasının Bakıda birləşən gündəliyi: Prezidentdən mühüm mesajlar - ŞƏRH

Robert Fitso ölkəsinin NATO-ya görə müharibəyə cəlb olunmasını istəmir

Qafqaz və Türk dünyası: Prezident İlham Əliyevin strateji konsepsiyasındakı əsas istiqamətlər - TƏHLİL

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

“Milli ruhun səsi” Gəncədə səslənib

Azərbaycan cüdo millisinin dünya çempionatı üçün ilkin heyəti bəlli olub

Türk dünyasının strateji subyektliyi: gücün yeni institusional məntiqi - ŞƏRH

AFFA və PFF arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilib YENİLƏNİB

Yaxın Şərqdə nüvə obyektlərinə təminat tədbirlərinin tətbiqi ilə bağlı qətnamə qəbul edilib

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Bakı İctimai Xoru ölkəmizi beynəlxalq festivalda təmsil edib

PFL Azərbaycan Kubokuna sponsorluqla bağlı bir neçə şirkətlə danışıqlar aparır

Bakı türk dövlətləri arasında strateji məsləhətləşmələr üçün mühüm ünvana çevrilib - ŞƏRH

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatına Göygöldə hazırlaşacaqlar

İsmayıllı Rayon Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub

Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib

Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində

İsmayıllıda ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması barədə danışılıb

İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb

Azərbaycan geosiyasəti və Türk-İslam birliyinin yeni modeli - ŞƏRH

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“Peşə fədakarlarının bir günü”: FHN-in xilasedicilərinin və yanğınsöndürənlərinin iş prosesi VİDEO

“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

Cəfər Qarayev: Əsas hədəfimiz beynəlxalq təmasları uzunmüddətli əməkdaşlığa çevirməkdir

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

Ekspert: Orta Dəhlizin inkişafı Azərbaycanın istehsal potensialını da artırır - ŞƏRH

Sabitlik artıq dəbdən düşüb – TƏHLİL

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

AC30 iştirakçıları Milli Hidrometeorologiya Xidmətində olublar

Ekologiya və təbii sərvətlər naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycandan Bolqarıstana və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub

Şagirdlər ev tapşırıqlarında süni intellektdən istifadə etməlidirlərmi?

Bilal Şəntürk: Əsas hədəfimiz insan resursları sahəsində əməkdaşlığımızı nəticəyönümlü sistemə çevirməkdir

Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb

EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb

Milli Məclisdə “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi müzakirə olunub

Azərbaycan millisinin futbolçusu Almaniyada komandasını dəyişib

Sabah hava əsasən yağmursuz keçəcək

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək

Fransada polis əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib

İlhamə Qədimova: Fermerlərin 75 faizi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə cəlb edilib

BMT-nin nümayəndəsi: Yəməndə döyüşlər humanitar yardımların çatdırılmasına təsir göstərir

FIFA Qavinin cəzasını qüvvədə saxlayıb

Romada Azərbaycan Milli Musiqi Günü qeyd olunub

Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır

Könül Nəsirova: Milli Musiqi Günü zəngin sənət irsimizə və milli dəyərlərə ehtiramın rəmzidir

Ekspert: Yeni lokomotivlər Azərbaycanın tranzit potensialının artırılmasına mühüm töhfə verəcək

AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək

Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün oktyabrın 2-si imtahan təşkil olunacaq

Mikayıl Mərdinli: Bakı və Abşeronun ruhu Maqsud İbrahimbəyovun əsərlərində cəmləşib

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib

Rəqəmsal dövrdə uşaqların mütaliə problemi və süni intellektin təsirləri: çıxış yolu nədir?

XXI əsrin müəllimi dövrün tələblərinə uyğunlaşmalı və müasir texnologiyaları bilməlidir - ekspert

AMEA əməkdaşlarının “Web of Science” və “Scopus” jurnallarında çap olunan məqalələrinin sayı artıb

Postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 min 300 mənzil verilib

“Qərbi Azərbaycan toponimləri lüğəti”nin II cildi işıq üzü görüb

Muxtar respublikada 24 min 608 aktiv fiziki sahibkarın 6981-i qadındır

İmişlidə mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanıldı – FOTO VİDEO

İmişlidə mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanıldı – FOTO VİDEO

Azərbaycan türk dövlətləri arasında koordinasiya mərkəzinə çevrilib - ŞƏRH

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda təmsil olunub

Sarıyoxuş 4 nömrəli kurqanda aparılan arxeoloji tədqiqatlar beynəlxalq mediada

Naxçıvanda qadın sahibkarların sayı açıqlandı

İsmayıl İman: Tamaşanın hər epizodunda Maqsud İbrahimbəyovun tanınan obrazını qorumağa çalışdım

Bu saata olan əsas xəbərlər

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır ŞƏRH

Səbuhi Əhmədov: Cəfərqulu xanın silah kolleksiyası “pazl” prinsipi ilə qurulub

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Hörmüz boğazında gəmi vurulub

NBA-da çıxış edən keçmiş basketbolçu dünyasını dəyişib

Nazir müavini: Yeni qanun layihəsi istehsalçıların dəstəklənməsi və ərzaq təhlükəsizliyi baxımından mühüm addımdır

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər

Milli Musiqi Gününün növbəti ünvanı Azərbaycan Milli Konservatoriyası olub VİDEO

Milli Musiqi Gününün növbəti ünvanı Azərbaycan Milli Konservatoriyası olub VİDEO

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb VİDEO

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb VİDEO

Təbii inhisar subyektlərinin razılıq tələb edən hərəkətlərinə dövlət nəzarəti mexanizmləri izah edilib

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb

Seulda Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verilib

İçərişəhərdə Maqsud İbrahimbəyovun əsərlərinin motivləri əsasında immersiv tamaşa təqdim olunub