Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb
İstanbul, 18 sentyabr, AZƏRTAC
Türkiyənin Daxili İşlər Nazirliyi “Forex dələduzluğu”na qarşı ölkədə keçirilən əməliyyat zamanı 174 şübhəlinin saxlanıldığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə keçirilən əməliyyat çərçivəsində 25 şirkətə bağlı 40 çağrı mərkəzi və maliyyə ofisi müəyyən edilib.
Əməliyyat zamanı cinayətdən əldə edildiyi bildirilən 1,5 milyard lirə dəyərində aktivə (şəxsin və ya qurumun sahib olduğu və maddi dəyəri olan əmlak və vəsait), o cümlədən 80 avtomobilə və 12 daşınmaz əmlaka həbs qoyulub. Dələduzluqda istifadə edilən bank, kriptovalyuta və şirkət hesabları da bloklanıb.
Xatırladaq ki, “Forex” müxtəlif ölkələrin valyutalarının alınıb-satıldığı beynəlxalq valyuta bazarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [13:55]
Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib
- 18.09.2026 [13:39]
İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb
- 18.09.2026 [13:09]
Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb
- 18.09.2026 [12:39]
Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır
- 18.09.2026 [11:55]
Hörmüz boğazında gəmi vurulub
- 18.09.2026 [11:00]
Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır
- 18.09.2026 [10:49]