İlhamə Qədimova: Fermerlərin 75 faizi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə cəlb edilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil olaraq burada əkinləri ilə bağlı bəyanlarını yerləşdirirlər. Yeni başladığında fermerlərin cəmi 25 faizini prosesə cəlb edə bilmişdik. Bu gün isə bu rəqəm 75 faizi keçib.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin sentyabrın 18-də keçirilən iclasında "Məhsul şəhadətnaməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.
"Bu 4-5 il ərzində əldə etdiyimiz uğurdur və məqsədimiz bu rəqəmi 100 faizə çatdırmaqdır", - deyə nazir müavini vurğulayıb.
Müxbir - Günel Türksoy
Fotoqraf - Azər İbrahimov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [10:29]
Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib
- 18.09.2026 [10:26]