İstanbulun su anbarlarında doluluq 40 faizdən aşağı düşüb
İstanbul, 18 sentyabr, AZƏRTAC
İstanbulun su təchizatını təmin edən su anbarlarında orta doluluq səviyyəsi son 10 ilin sentyabr göstəriciləri ilə müqayisədə üçüncü dəfə 40 faizdən aşağı düşüb.
AZƏRTAC xəbər verir ki, İstanbul Su və Kanalizasiya İdarəsinin məlumatına görə, sentyabrın 18-də anbarlarda orta doluluq 38,03 faiz təşkil edib. Anbarlarda təxminən 330 milyon kubmetr su qaldığı bildirilir.
Bu il su hövzələrinə düşən yağıntının miqdarı da azalıb.
Mütəxəssislər azalmanın əsas səbəbləri kimi yağıntıların azalmasını, yay aylarında isti və quraq hava şəraitini, buxarlanmanın artmasını və su istehlakının yüksəlməsini göstərirlər.
Meteoroloqlar İstanbulun su ehtiyatlarının bərpası üçün payız və qış aylarında kifayət qədər və müntəzəm yağıntıların düşməsinin mühüm əhəmiyyət daşıdığını bildirirlər. Onların fikrincə, burada suya qənaət edilməsi də mühüm amillərdəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [13:55]
Şahzadə Diananın qardaşının iddialarına Kral Çarlz cavab verməyib
- 18.09.2026 [13:09]
Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb
- 18.09.2026 [12:39]
Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır
- 18.09.2026 [11:55]
Hörmüz boğazında gəmi vurulub
- 18.09.2026 [11:00]
Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır
- 18.09.2026 [10:49]