Muxtar respublikanın xarici ticarət dövriyyəsi 28 faiz artıb
Naxçıvan, 18 sentyabr, AZƏRTAC
Bu ilin yanvar–avqust aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 101,9 milyon ABŞ dolları təşkil edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 8,7 milyon ABŞ dolları ixracın, 93,2 milyon ABŞ dolları idxalın payına düşüb.
İxrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, elektrik enerjisi, alçıpan, mineral sular, travertin, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, aromatlaşdırılmış içkilər, şokolad və tərkibində kakao olan ərzaq məhsulları, buğda kəpəyi, məsaməli beton, soğan, çay, sönməmiş əhəng və salfetka yer alıb. Bu məhsullar Gürcüstan, Qırğızıstan, İran, Yəmən, Türkiyə, Rusiya, İsrail, Suriya, İraq, Amerika Birləşmiş Ştatları, Ukrayna və Qazaxıstana ixrac olunub.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [21:35]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [20:35]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:30]
Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO
- 15.10.2026 [20:21]
“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO
- 15.10.2026 [19:52]