Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO
Qəbələ, 15 oktyabr, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli” çərcivəsində Qəbələdə mütəmadi ümumrayon iməciliyi keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, “Şəhərsalma və Memarlıq İli” çərcivəsində payız mövsümünə hazırlıqla bağlı növbəti ümumrayon iməciliyi keçirilib. İməcilik zamanı magistral yollar, prospekt və küçələr təmizlənərək yuyulub, ağaclar budanıb, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənərək daşınıb.
Ümumrayon iməciliyində rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisələrin kollektivləri, sahibkarlar və rayon könüllüləri iştirak ediblər.
Ümumrayon iməciliyinin növbəti həftələrdə də təşkili nəzərdə tutulur.
Müxbir - Rasim İslamoğlu