Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan millisinin yoldaşlıq və UEFA Millətlər Liqasındakı oyunları üçün heyəti açıqlanıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib.
Qapıçılar: Emil Balayev (“Neftçi”), Rəvan Mirzəmmədov (“Sabah”), Aydın Bayramov (“Zirə”);
Müdafiəçilər: Murad Xaçayev, Elvin Bədəlov, Rüfət Abbasov (hamısı “Neftçi”), Rəhman Daşdəmirov, Tellur Mütəllimov (hər ikisi “Sabah”), Rahil Məmmədov (“Turan Tovuz”), Anton Krivotsyuk (“Tedjon”, Cənubi Koreya), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Cəlal Hüseynov (“Petrolul”, Rumıniya);
Yarımmüdafiəçilər: Emin Mahmudov, Emil Səfərov (hər ikisi “Neftçi”), Abdulla Xaybulayev, Aleksey İsayev (hər ikisi “Sabah”), Bədavi Hüseynov (“Qarabağ”), Rəhim Sadıxov (“Turan Tovuz”), Ceyhun Nuriyev, Mustafa Əhmədzadə (hər ikisi “Araz-Naxçıvan”), Ayxan Hüseynov (“Zirə”), Edqar Adilxanov, Oruc Məmmədov (hər ikisi “Şamaxı”), Rüfət Abdullazadə (“Kiryat Şimona”, İsrail), Anatoli Nuriyev (“Kisvarda”, Macarıstan), Fərid Yusifli (“Şəfa”);
Hücumçular: Vüsal İsgəndərli (“Malişeva”, Kosovo), Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa), Renat Dadaşov (“Bukovina”, Ukrayna).
Qeyd edək ki, Azərbaycan milli komandası sentyabrın 23-də saat 20:00-da “Palms Sports Arena”da Tacikistan yığması ilə yoldaşlıq oyunu keçirəcək. Yığma UEFA Millətlər Liqasında isə sentyabrın 27-də Litvanın qonağı olacaq, oktyabrın 1-də Lixtenşteyni, oktyabrın 4-də isə Litvanı qəbul edəcək.